“Kapital Bank”ın gəlirləri və əməliyyat mənfəəti artıb - MALİYYƏ GÖSTƏRİCİLƏRİ AÇIQLANDI
“Kapital Bank” ASC 2021-ci ilin 1-ci rübünü 55 milyon 535 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ilin eyni dövrünü 74 milyon 893 min manat xalis mənfəət ilə bağlamışdı. Bankın gəlirləri və əməliyyat mənfəəti artıb. Xalis mənfəətin azalması mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırma ilə bağlıdır.
Marja Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci ilin 1-ci rübü ilə müqayisədə 2021-ci ilin 1-ci rübündə “Kapital Bankı”ın cəmi əməliyyat gəlirləri 15 milyon 597 min manat və ya 10% artaraq 170 milyon 526 min manat təşkil edib. Bank ötən ilin 1-ci rübündə 154 milyon 929 min manat əməliyyat gəlirləri əldə etmişdi. Bankın cəmi əməliyyat xərcləri isə 8 milyon 290 min manat artaraq 71 milyon 598 min manatdan 79 milyon 888 min manata yüksəlib.
Gəlirlər xərclərdən daha çox artdığından Kapital Bankın əməliyyat mənfəəti 83 milyon 331 min manatdan 90 milyon 638 min manata yüksəlib. Bank ilk rübdəki 90 milyon 638 min manat əməliyyat mənfəətindən 21 milyon 195 min manat ehtiyata ayırıb və 13 milyon 908 min manat mənfəət vergisi ödəyib. 2020-ci ilin ilk rübündə isə ehtiyatdan 10 milyon 573 min manat azad olmuş və 83 milyon 331 min manat mənfəətə əlavə edilmişdi. Bank 93 milyon 904 min manat mənfəətindən 19 milyon 10 min manat mənfəət vergisi ödəmişdi. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırma KapitalBankın xalis mənfəətinin azalmasına səbəb olub.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
31 Mart 2021-ci il tarixində "Kapital Bank" 5 milyard 587 milyon 991 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 2 milyard 213 milyon 171 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən ilin eyni dövründə Kapital Bank 4 milyard 412 milyon 658 min manat cəmi aktivlərə, 2 milyard 42 milyon 72 min manat kredit portfelinə malik idi. Aktivlərin artması Bankın müştərilərinin depozitlərinin artması ilə əlaqədar olaraq nağd pul vəsaitlərinin artmasıdır.
31 Mart 2021-ci il tarixində Kapital Bank 705 milyon 227 min manat məcmu kapitala malik olub.
Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
2 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 2 gün əvvəl
-
2 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
2 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)











