Buğda xəstəliklərinə qarşı yeni layihəyə start verildi
FAO-nun Mərkəzi Asiya və Qafqazda buğda xəstəliklərinin effektiv idarə olunmasını təşviq etdirilməsinə dair layihəsi (CAC-Rust) FAO-Türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilir.
Buğda dünyada ən çox yetişdirilən məhsuldur, Orta Asiya həmçinin Qafqaz da daxil olmaqla bir çox bölgədə ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas məhsul olmaqla yanaşı bölgədəki başlıca məhsul hesab olunur. Əsasən kiçik fermer təsərrüfatlarında istehsal olunan buğda, insanların enerji və zülal ehtiyaclarının təxminən 60 faizini təmin edir. Bununla yanaşı, buğda xəstəlikləri məhsul və istehsalın davam etdirilməsini təhlükə altında saxlayır və bu da xəstəliyin davamlı şəkildə izlənilməsi, beynəlxalq əməkdaşlığı zərurətə çevirir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından Marja-aya daxil olmuş məlumatda bildirilir ki, bu məqsədlə, FAO-Türkiyə Ərzaq və Kənd Təsərrüfatı Tərəfdaşlıq Proqramı, Mərkəzi Asiya və Qafqazda buğda xəstəliklərinin idarə edilməsi və mübarizəsi üçün regional əməkdaşlığı və milli potensialı gücləndirmək üçün yeni bir layihəyə başlayıb (CAC-Rust). 2024-cü ilə qədər davam edəcək layihə Orta Asiya və Qafqazdakı yeddi ölkəni - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanı əhatə edəcək.
Bu gün keçirilən regional tədbirdə layihənin açılış mərasimi baş tutub. Virtual tədbir zamanı əsas təmsilçilər, iştirakçı ölkələrin rəsmiləri - regional əməkdaşlıq, milli nəzarət sistemi, növ analizi, inteqrasiya olunmuş xəstəliklərin idarə olunması və buğda xəstəliklərinin qarşısının alınması üzrə müzakirələr baş tutub.
Layihənin Türkiyənin İzmir şəhərində yerləşən Regional Taxıl Xəstəliklərinin Araşdırma Mərkəzi, Quru bölgələrdə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzi və Beynəlxalq Buğda və Qarğıdalı Məhsullarının İnkişaf Etdirilməsi mərkəzi kimi milli qurumlar və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi gözlənilir.
Tədbirdə FAO və Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin yüksək vəzifəli mütəxəssisləri də iştirak etdi. FAO-nun siyasi məsələlər üzrə baş mütəxəssisi Sumiter Broca, buğdanın qida təhlükəsizliyi baxımından əhəmiyyətini, həm də biotik və abiotik stresslərə qarşı davamlılığını artırmağın vacibliyini bildirib Nazirliyin Avropa Birliyi və Xarici Əlaqələr şobəsinin baş direktor müavini Volkan Güngören, bölgədəki ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün regional əməkdaşlığın əhəmiyyətini və FAO-Türkiyə Tərəfdaşlıq Proqramı vasitəsilə Türkiyənin bu əməkdaşlığı gücləndirmək səylərini vurğulayıb.
Müştərilərin xəbərləri

Coca-Cola Fondunun tərəfdaşlığı ilə “PACT – Dairəvi Gələcək üçün Tərəfdaşlıq” proqramı təqdim olunub
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 23 saat əvvəl
-
1 gün əvvəl
BYD-nin Azərbaycandakı rəsmi dileri Group Motors şirkəti oldu
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 3 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
Ötən il ixracları sıfır səviyyədə olan və tanınmayan 4 şirkət bu il ilk 10-luqda yer tutublar
- 3 gün əvvəl
-
3 gün əvvəl
7 ayda "Azərkosmos" tərəfindən 10,1 milyon dollarlıq xidmətlər ixrac edilib
- 3 gün əvvəl
-
3 gün əvvəl
Naxçıvanda fermerlərə taxıl əkinləri üçün 3,7 milyon manatdan çox subsidiya ödənilib
-
3 gün əvvəl
Zəng edənin bank əməkdaşı olub-olmadığını yoxlaya bilərsiniz - BANKDAN YENİLİK
- 3 gün əvvəl
Son Xəbərlər

Oxucuların və tərəfdaşların diqqətinə!

BYD-nin Azərbaycandakı rəsmi dileri Group Motors şirkəti oldu

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

“PAŞA Sığorta”nın beynəlxalq reytinqi yüksəlib!
Ən çox oxunanlar

"Avrora" şirkətinin ixracı kəskin artıb

2 otaq studiya mənzil aylıq cəmi 957 manat!

"HOPER" şirkəti ilk onluğa "hoppanıb"

Daha 4 yeni nəsil qatar tərkibi (20 vaqon) Bakıya gətirib

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 faizdən çox artıb

Azərbaycanda bank kartlarının sayı 21 milyon ədədə yaxınlaşıb
