“PAŞA Bank”ın ekspertləri “Rəqəmsal idarəetmədə süni intellekt” beynəlxalq konfransında çıxış edib
(®️) 26-28 aprel tarixlərində ölkəmizdə “Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans keçirilib. Dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunan onlayn konfransda 20-dən çox ölkəni təmsil edən 50-dən çox tanınmış spiker, beynəlxalq təşkilatların nümayəndələri, mühəndislər, süni intellekt üzrə mütəxəssislər və futuristlər bir araya toplanıb. Onlar süni intellekt sahəsində dövrümüzün ən vacib məsələlərini müzakirəyə çıxarıb.
Ən müasir texnoloji maliyyə vasitələrini və həlləri tətbiq edən “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Bəhruz Nağıyev və Texnologiya blokunun baş direktoru Vüsal Xəlilov bu konfrans çərçivəsində keçirilən panel müzakirələrinə qatılıb.
Bəhruz Nağıyev “Süni intellekt və Fintech” paneli üzrə məruzəçi qismində çıxış edib. Bu paneldə verilənlərin idarəedilməsi layihəsi, bankçılıqda süni intellekt, süni intellekt texnologiyasına əsaslanan istehlakçı məhsullarının gələcəyi kimi mühüm mövzular əhatə olunub.
Vüsal Xəlilovun moderatoru olduğu “Machine learning” panelində isə bu sahə üzrə ixtisaslaşmış yerli və beynəlxalq ekspertlər öz təcrübələrini bölüşüb, həmçinin süni intellektin fərqli domen tətbiqetmələrində inkişafı və mövcud trendlər mövzusunda müzakirələr aparıb.
Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı ilə baş tutub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz


























