SOCAR üçün komitələr yaradılıb, rəhbərləri təyin edilib
Dövlət Neft Şirkətinin Müşahidə Şurasının növbəti iclası keçirilibDövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Azərbaycan İnvestisiya Holdinqinin İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsindən Marja-ya daxil olmuş məlumata görə, iclasda Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.
Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini Zaur Qurbanov Dövlət Neft Şirkətinin Müşahidə Şurasının fəaliyyətinin təşkili barədə təqdimatla çıxış edib.
İclasda Müşahidə Şurasının fəaliyyətində səmərəliliyin artırılması, Dövlət Neft Şirkətinin idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi üçün yaradılan komitələrin əsasnamələri müzakirə olunaraq təsdiq edilib. Ümumilikdə, bu məqsədlə 3 komitə yaradılıb. Müşahidə Şurasının iclasında komitələrin rəhbərləri və korporativ katibi təyin edilib.
Müşahidə Şurasının və SOCAR-ın icra orqanının üzvləri arasında keçirilən görüşdə isə şirkətin 2021-ci il üçün maliyyə planı müzakirə olunub.
Qeyd edək ki, Dövlət Neft Şirkətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 23 yanvar 2021-ci il tarixli Fərmanına əsasən yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)








