Azərbaycanda mehmanxanaların gəlirləri 40%-dən çox azalıb

2021-ci ilin yanvar-mart aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövri ilə müqayisədə 36,9 faiz azalaraq 299,5 min olmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, gecələmələrin 48,5 faizi Bakıda, 11,2 faizi Qusarda, 10,6 faizi Qəbələdə, 5,4 faizi Qubada, hər birində 4,7 faiz olmaqla Lənkəran və Şabranda, 3,2 faizi Naftalanda, 2,2 faizi Mingəçevirdə, 2,1 faizi Şamaxıda, 0,7 faizi Gəncədə, hər birində 0,6 faiz olmaqla Masallı və Zaqatalada, 0,5 faizi Qaxda, 5,0 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə azalaraq 53,3 min olmuşdur ki, bu da ümumi gecələmələrin 17,8 faizini təşkil edir. Gecələmələrin 13,3 faizi Türkiyə, 13,2 faizi Böyük Britaniya, 11,4 faizi Rusiya Federasiyası, 5,6 faizi Almaniya, 4,6 faizi İtaliya, 3,2 faizi ABŞ, 2,0 faizi Ukrayna, 2,0 faizi Niderland, 1,9 faizi Belarus, 1,9 faizi İsrail, 1,4 faizi Norveç, 1,2 faizi Qazaxıstan, 1,0 faizi Hindistan, 1,0 faizi Polşa, 36,3 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür. Qeyd etmək lazımdır ki, 2020-ci ilin aprel ayından 2021-ci ilin mart ayına qədər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizə əsasən qeyri-turizm məqsədi ilə səfər etmişlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 79,1 faizi Bakıda, 12,8 faizi Qusarda, 2,8 faizi Qəbələdə, 1,9 faizi Mingəçevirdə, 1,3 faizi Şabranda, 0,9 faizi Naftalanda, 0,6 faizi Qubada, 0,6 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 54,2 faiz artaraq 246,2 min olmuşdur.
2021-ci ilin yanvar-mart aylarında mehmanxanaların gəlirləri 2020-ci illin müvafiq dövrü ilə müqayisədə 43,1 faiz azalaraq 34,1 milyon manat olmuşdur ki, onun da 58,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 30,7 faizi ictimai iaşə xidmətlərindən, 2,6 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
2021-ci ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 7,8 faiz səviyyəsində olmuşdur (2020-ci ilin yanvar-mart aylarında 12,2 faiz). Bu göstərici Şabranda 45,1 faiz, Beyləqanda 21,1 faiz, Qusarda 19,4 faiz, Naftalanda 16,8 faiz, Qəbələdə 14,8 faiz, Lənkəranda 14,7 faiz, Qubada 13,8 faiz, Şəmkirdə 11,0 faiz, Mingəçevirdə 10,6 faiz, Bərdədə 10,3 faiz, Şamaxıda 9,8 faiz, Bakıda 9,6 faiz, Ağcabədidə 9,0 faiz, Cəlilabadda 8,3 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avqustda dövlət qurumlarını hədəfləyən iki saxta domen bloklanıb
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı Fond Birjası 7 aylıq ticarət dövriyyəsini açıqladı - REPO-NUN HESABINA 50 FAİZƏ YAXIN ARTIM
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
3 saat əvvəl
“Azertexnolayn”ın məhsulları dünyanın 25 ölkəsinə ixrac olunur – FOTOLAR, VİDEO
- 3 saat əvvəl
Son Xəbərlər

Mərkəzi Bank yeni rəqəmsal platformalar istifadəyə verdi

Avqustda dövlət qurumlarını hədəfləyən iki saxta domen bloklanıb

Xalq Bank və “UPT”dən yeni kampaniya


Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı - 5 şirkətin dövriyyəsi 50 milyard manatı aşıb

“Qırmızıya qarış!” - “Baku Electronics”də 70%-dək ENDİRİM

Bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycan və Asiya İnkişaf Bankı müzakirələr aparıb

Azərbaycan ada dövlətdə səfirlik təsis edəcək

Türkiyədə illik inflyasiya avqustda 33 faizə yaxın olub

Qazaxıstan Ermənistan vətəndaşları üçün viza rejimini ləğv edib

“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək

Sabahın hava proqnozu açıqlanıb : yağış yağacaq - PROQNOZ
