Beynəlxalq Bank Rusiya bankı ilə memorandum imzaladı
Sahibkarlara biznes ideyalarının reallaşdırılmasında ən sərfəli şərtlərlə kömək göstəriləcək. Memorandum çərçivəsində yaradılan imkanlar biznes kreditlərinin iş adamlarına daha aşağı faizlərlə təklif edilməsinə imkan verəcək.
Azərbaycan Beynəlxalq Bankı ilə Rusiyanın aparıcı banklarından olan Roseximbank arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov və Roseximbankın İdarə Heyətinin sədri Azər Talıbov imza atıb.
Memorandumun imzalanması Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının aprelin 27-də Moskvada keçirilən toplantısında elan edilib.
Sənəd Azərbaycanla Rusiya arasında ticarət əlaqələrində hər iki bankın birgə iştirakını, müxtəlif istiqamətlərdə qarşılıqlı əməkdaşlıq dəstəyini nəzərdə tutur.
Razılaşmaya uyğun olaraq Azərbaycan və Rusiyada biznes üçün perspektivli sayılan sektorlarda - o cümlədən infrastruktur, informasiya texnologiyaları, energetika, neft-kimya, aqrar sənaye və s. bu kimi sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi imkanları dəyərləndiriləcək. Sahibkarlara biznes ideyalarının reallaşdırılmasında ən sərfəli şərtlərlə kömək göstəriləcək. Memorandum çərçivəsində yaradılan imkanlar biznes kreditlərinin iş adamlarına daha aşağı faizlərlə təklif edilməsinə imkan verəcək. Onların bank xərclərini azaldacaq. Tərəflər ətraf mühitin qorunması, təbii resurslardan məqsədyönlü istifadə, yaşıl texnologiyaların tətbiqi və s. məsələlər üzrə əməkdaşlıq perspektivlərinə də baxacaqlar.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bu memorandumun Bankın xarici əlaqələrinin inkişafına xidmət etdiyini bildirib: “Roseximbankla əməkdaşlığımız müştərilərimizə yeni imkanlar yaradacaq. Xüsusilə ixracla məşğul olan sahibkarlar iki bankın əməkdaşlıq əlaqələrindən geniş faydalana biləcəklər. Bu əməkdaşlığımız Azərbaycanla Rusiya arasında idxal-ixrac əməliyyatlarının həyata keçirilməsinə, ticarət əlaqələrinin daha da inkişafına töhfə verəcək. Yeni, faydalı təcrübələr formalaşdıracaq”.
Roseximbankın İdarə Heyətinin sədri Azər Talıbov da bu əməkdaşlığın mühüm önəm daşıdığını qeyd edib: "Bu tərəfdaşlığımız Azərbaycana məhsul və xidmət ixracı ilə məşğul olanlara maliyyə dəstəyi üçün effektiv alətlər təqdim etmək imkanı yaradır. Birgə layihələrimiz Rusiya məhsullarının Azərbaycana ixracına, eləcə də Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarına investisiyaların cəlb olunmasına kömək göstərəcək”.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 d. əvvəl
“TuranBank” böyüyüb, gəlirləri artıb, cari ilin 9 ayını xalis mənfəətlə başa vurub
-
56 d. əvvəl
Bank of Baku-dan növbəti maliyyə savadlılığı tədbiri: bu dəfə şagirdlərlə birlikdə
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Ziraat Bank Azərbaycan”dan yüksək göstəricilər - mənfəəti 63% artıb
- 9 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Xalq Bank və Qatar Airways əməkdaşlığı müştərilərə xüsusi fürsətlər təqdim edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

AYNA Nazirlər Kabinetinin taksilərə dair qərarını şərh edib

“Ziraat Bank Azərbaycan”dan yüksək göstəricilər - mənfəəti 63% artıb

“Unibank”ın son maliyyə vəziyyəti məlum oldu

"Bank of Baku"nun mənfəəti kəskin artıb

"Premium Bank"ın əməliyyat mənfəəti artıb
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank “BTB” maliyyə göstəricilərini açıqladı

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni şirkət

“VTB Azərbaycan” mənfəətini kəskin artırıb

Kapital Bank sürət yığır – gəlirlər və kreditlər rekord həddə
