Amazon yenə liderdir - 108 milyard dollar!
Dünyanın ən zəngin adamı Wall Street-in proqnozlarını alt-üst edib.ABŞ-ın “beş texnoloji əjdahası”ndan biri, Forbesin qlobal milyarderlər siyahısına başçılıq edən Jeff Bezos-un Amazonu yenə gözləntiləri artıqlaması ilə doğruldub.
Marja xəbər verir ki, ötən gün 2021-ci ilin ilk rübünün nəticələrini açıqlayan nəhəng korporasiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 44% daha çox - 108,52 milyard dollar gəlir əldə etdiyini bildirib.
Xalis mənfəət 3 dəfədən çox artaraq, 8,1 milyard dollara çatıb (ötən ilin ilk rübündə bu göstərici 2,53 milyard dollar idi). Nəticələr belədir:
Səhm başına gəlir - 15,79 dollar (proqnoz - 9,54 dollar)
Ümumi gəlirlər - 108,52 milyard dollar (proqnoz - 104,47 milyard dollar, illik ifadədə artım - 44%)
Əməliyyat mənfəəti - 8,9 milyard dollar (illik ifadədə artım - 100%-dən çox)
Xalis mənfəət - 8,1 milyard dollar (illik ifadədə artım - 3 dəfədən çox)
o cümlədən:
Məhsul satışları - 57,49 milyard dollar (ötən ilki göstərici - 41,84 milyard dollar)
Xidmət satışları - 51,02 milyard dollar (ötən ilki göstərici - 33,6 milyard dollar)
Satışların coğrafi və seqment bölgüsü:
Şimali Amerika - 64,36 milyard dollar (ötən ilki göstərici - 46,12 milyard dollar, illik ifadədə artım - 40%)
Beynəlxalq satışlar - 30,64 milyard dollar (ötən ilki göstərici - 19,1 milyard dollar, illik ifadədə artım - 60%)
Amazon Web Services (internet və bulud texnologiyaları) - 13,50 milyard dollar ötən ilki göstərici - 10,21 milyard dollar, illik ifadədə artım - 32%)
Həmçinin oxu
ABŞ texnologiya nəhənglərindən fantastik artımAmazon reklam gəlirlərini açıqlamasa da, bu xidmətlər “Digər” kateqoriyasına daxil edilib və 77% artaraq, 6,9 milyard dollara çatıb. Fiziki mağazaların, Whole Foods Market və Amazon Book-sun gəlirləri pandemiya səbəbindən 16% azalaraq, 3,9 milyard dollar təşkil edib. Əvəzində onlayn maqazinlər vasitəsilə satış 44%, abunə xidmətləri 36% artıb.
Şirkət növbəti rübdə gəlirlərin 110-116 milyard dollar arasında olacağını, koronavirusla əlaqədar 1,5 milyard dollarlıq xərcləri də nəzərə almaqla, əməliyyat mənfəətinin 4,5 milyard - 8 milyard dollar arasında dəyişəcəyini proqnozlaşdırır.
HƏMÇİNİN OXU:
Müştərilərin xəbərləri
AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək “Private Banking”ə çevrildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
4 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 d. əvvəl
- 11 d. əvvəl
- 14 d. əvvəl
-
1 saat əvvəl
Gələcəyin iqtisadçıları üçün müasir yatırım dərsləri: İnvestAZ mütəxəssislərindən Master Klass
- 1 saat əvvəl
-
2 saat əvvəl
EGA şirkəti Legal 500 və ACCA tərəfindən beynəlxalq səviyyədə tanınıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı
Avropada zəhərli uşaq qidası təşvişi yaşanır
AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək “Private Banking”ə çevrildi
Ən çox oxunanlar
Baku Steel Company Almaniyada Tube 2026 sərgisində
Səyahət xidmətlərində yeni mərhələ: SABRE və ABB əməkdaşlığı
Mərkəzi Bank sığorta şirkətinin lisenziyasını ləğv etdi
"Azərpoçt"a yeni rəhbər təyin edilib
“Azərpoçt"un rəhbəri işdən çıxıb






.jpg)





.jpg)







