“Devalvasiyaya əsas yoxdur, Mərkəzi Bankdan tutarlı açıqlama verilsə, yaxşı olardı”
“Hazırda manatın məzənnəsinə təsir edən iki amil müsbət istiqamətdədir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, bunlar neftin qiyməti və makroiqtisadi göstəricilərdir. Onların hər ikisi devalvasiyaya əsas olmadığını göstərir:
“Büdcədə nəzərdə tutulan neftin qiyməti ilə bu gün neftin real qiyməti manatın məzənnəsinə çox müsbət təsir edir. Neftin hazırkı qiyməti büdcədə nəzərdə tutulandan 33 faizədək yüksəkdir. Amma kommersiya bankları bu gün dolların satışına məhdudiyyət qoyub. Bunu çirkli pulların yuyulmasının qarşısını almaqla əlaqələndirirlər. Çirkli pulların yuyulmasının qarşısını almaq üçün qanunvericilikdə kifayət qədər tədbirlər var. Mərkəzi Bankdan kommersiya banklarının bu addımı ilə bağlı daha tutarlı açıqlama verilsə, yaxşı olardı”.
Həmçinin oxu
Azərbaycanda Dollar almaq daha da çətinləşdirilibDeputat qeyd edib ki, icbari tibbi sığorta ilə bağlı geniş planlı işlər gedir:
“Hər işin əvvəli çətindir. Bu istiqamətdə görülən işləri müsbət qiymətləndiririk. Amma transplantasiya ilə bağlı məsələlər tibbi sığortadan kənarda qalır. Bununla bağlı Nazirlər Kabineti yeni qərar versə, yaxşı olardı. Xüsusilə qaraciyər və böyrək transplantasiyası ilə bağlı məsələ icbari tibbi sığorta paketinə daxil olsa, yaxı olardı”.
Qeyd edək ki, Azərbaycanın ən böyük banklarından biri vətəndaşlara dollar satışını dayandırıb, digər banklar isə satış üçün sənədlər tələb edərək dollar satışını çətinləşdiriblər.
HƏMÇİNİN OXU: Dollar alışının çətinləşdirilməsi bankların “xüsusi” tədbirləridir - MƏRKƏZİ BANKIN DİREKTORU
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















