E-kassa quraşdırmayan sahibkarlar cərimələnəcək

(®️) Vergi Məcəlləsinə əsasən, pərakəndə ticarət və ictimai iaşə obyektlərində, yanacaqdoldurma məntəqələrində hesablaşmalar yeni nəsil nəzarət-kassa aparatları vasitəsi ilə həyata keçirilməlidir. E-kassalara keçidlə bağlı qrafik üzrə artıq 3-cü mərhələ başa çatıb və 4-cü mərhələ üzrə nəzərdə tutulan sahibkarlıq subyektlərində yeni nəsil kassalara keçid davam edir.
Sonuncu mərhələnin qrafikinə əsasən, Bakı, Sumqayıt və Gəncə şəhərlərində pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə subyektlər bu ilin 1 aprel tarixinədək e-kassanın tətbiqini başa çatdırmalı idilər. Lakin araşdırmalar göstərir ki, hələ də bir sıra sahibkarlar ənənəvi kassalardan istifadə edir. Qeyd edək ki, nəzərdə tutulan müddətədək e-kassalardan istifadəyə keçməyən sahibkarlar, qanunvericiliyə uyğun olaraq cərimələnirlər.
Cərimələr aşağıdakı kimi tətbiq olunur:
-təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində;
- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində;
- təqvim ili ərzində belə hallara üç və daha çox yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Sahibkarlar e-kassaları haradan alsınlar?
Hazırda ölkə bazarında yeni nəsil onlayn kassaların satışı ilə məşğul olan bir neçə şirkət mövcuddur. Sahibkarlar üçün ən vacib olan isə sərfəli qiymətlə yanaşı, keyfiyyətli avadanlıq və daim təkmilləşən proqram təminatıdır. Bu məsələni həll etmək üçün “Omnitech” şirkətinin təklif etdiyi kassa aparatları sahibkarların axtardığı məhsullardır. Şirkətin təklif etdiyi paketlər sahibkarlara e-kassalara birdəfəlik və mükəmməl şəkildə keçməyə kömək edir. Yüksək keyfiyyətə malik cihaz, proqram təminatının daim inkişafı və bazarın tələbatına uyğunluğu “Omnitech”ilə əməkdaşlıq edən sahibkarlara daim qabaqcıl imkanlar yaradır. “Omnitech”in təklif etdiyi e-kassa paketləri sahibkarların uzun illər istifadə edə biləcəkləri, xidmətləri daim əlçatan olan, xidmətlərin tamamını özündə birləşdirən və daim inkişaf edən məhsullardır. Sahibkarlar şirkətin saytına (https://omnitech.az/products.html) daxil olaraq, özlərinə lazım olan e-kassa aparatlarını çox rahatlıqla və şirkətin mütəxəssislərinin yaxından dəstəyi ilə seçə bilərlər.
Ticarətinizin kassa ilə bağlı problemini tam həll etmək istəyirsinizsə, elə indi www.omnitech.az saytı vasitəsi ilə və yaxud +99450 600 17 11; +9912 310 17 11 telefon nömrələri ilə əlaqə saxlayın, ən qısa zamanda məsələniz həllini tapsın! Sahibkarlar qeyri-iş günlərində də öz sifarişlərini verə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
4 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
11 saat əvvəl
DTX-nın saxladığı Fransa şirkətinin vitse-prezidentinin məhkəməsində sənədlər tədqiq edilib
-
11 saat əvvəl
“Alshaya Group” şirkətinin təcrübələrinin ölkəmizə transferi müzakirə olunub
- 11 saat əvvəl
-
13 saat əvvəl
Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib - 50 DOLLARI DA KEÇDİ
-
13 saat əvvəl
“Azerconnect Group” regionun ən böyük kibertəhlükəsizlik tədbirinə dəstək oldu
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
İlham Əliyev: Bizim şübhəmiz olmayıb ki, bu hadisə obyektiv araşdırılacaq
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib - 50 DOLLARI DA KEÇDİ

“Azərikard”dan Mərkəzi Bankın qərarı ilə bağlı AÇIQLAMA

AzVak-da yeni vakansiyalar
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Putin və Əliyevin görüşündə əsas bəyanatlar

Xalq Bank əmanət məhsulları üzrəşərtlərini yenilədi -Bank sərfəli kampaniya təqdim edir

Putin: AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı kompensasiya ödəniləcək, günahkarlar cəzalandırılacaq

Putin və Əliyev Düşənbədə görüşdülər
