"Bu, olacaqdır, məndə heç bir şübhə yoxdur"
"Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm""Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır".
Marja xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Prezident müsahibəsinə belə davam edib:
"Bildiyiniz kimi, 10 noyabr tarixli birgə Bəyanatda bu, təsbit edilib. Ondan sonra fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır. Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın. Əlbəttə ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Bildiyiniz kimi, mən Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Burada çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir, Ordubaddan Ermənistan sərhədinə qədər. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır.
O ki qaldı, Ermənistan ərazisində olan hissəyə, bildiyiniz kimi, Ermənistan dəmir yolları anlayışı yoxdur. Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir. Deməli, Ermənistan dəmir yolları ona məxsusdur. Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur. Bir daha demək istəyirəm ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
10 d. əvvəl
2 ayda banklar 90 milyon manata yaxın xalis mənfəət əldə ediblər
-
- 18 d. əvvəl
- 31 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Süni intellekt avtomobil alışı və servis təcrübəsini Azərbaycanda necə dəyişəcək?
-
3 saat əvvəl
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
-
3 saat əvvəl
Ziraat Bank Azərbaycan ABA tərəfindən 6 nominasiya üzrə mükafatlandırılıb
-
3 saat əvvəl
Azərbaycanın iri holdinqi Qazaxıstan şirkətilə saziş imzaladı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
2 ayda banklar 90 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
26 dərəcə isti gözlənilir - Aprelin 3-ə olan hava proqnozu
Azərbaycanın lombard şirkətinə əlavə maya qoyulur
Ən çox oxunanlar
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Azərbaycanın iri holdinqi Qazaxıstan şirkətilə saziş imzaladı
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
Mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı


















