“ABB-İnvest İnvestisiya Şirkəti” nizamnamə kapitalını kəskin artırır
“ABB-İnvest İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını 2,7 milyon manat və yaxud 10 dəfə artıraraq 300 min manatdan 3 milyon manata çatdırmağı planlaşdırır.
Bu barədə maliyyə qurumunun direktoru Nadir Babazadə məlumat verib.
Onun sözlərinə görə, kapital artımı “ABB-İnvest”in dövriyyədə olan 300 ədəd səhminin nominal dəyərinin 1 000 manatdan 10 000 manata çatdırılması hesabına baş tutacaq.
“Səhmdarların qərarına əsasən, şirkətin nizamnamə kapitalının 3 milyon manata çatdırılması qərara alınıb. Strateji hədəflərin yerinə yetirilməsi yolunda atılan addımlardan biri kimi nizamnamə kapitalının artımı üzrə proses bitmək üzrədir. Şirkətin bu və digər layihələri ilə bağlı məlumatlar mütəmadi şəkildə ictimaiyyətə təqdim ediləcək”, - deyə N.Babazadə qeyd edib.
Direktor həmçinin bildirib ki, investisiya şirkətinin 2020-ci ilin cəmi bir neçə ayı ərzində fəaliyyəti olsa da, ötən ilin maliyyə yekunları ilə bağlı hesabat təqdim edəcək: “Hazırda maliyyə hesabatımız üzərində iş gedir”.
Xatırladaq ki, “ABB-İnvest”i ötən ilin iyun ayında “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) yaradıb, investisiya şirkəti oktyabr ayında Azərbaycan Mərkəzi Bankından lisenziya alıb.
Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















