"AzFinance İnvestisiya Şirkəti"nin gəlirləri geriləyib
"AzFinance İnvestisiya Şirkəti" QSC 2020-ci ili 313 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2019-cu ili 261 min manat xalis mənfəət ilə bağlamışdı. "AzFinance"ın xalis mənfəətinin artması xərclərin azalması ilə əlaqədardır. Ötən il şirkətin cəmi gəlirləri azalıb.
Marja şirkətin illik hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə 1 milyon 849 min manat təşkil etmiş cəmi gəlirlər 2020-ci ildə 1 milyon 501 min manata geriləyib (347 min manat və ya 19% azalıb). O cümlədən, "AzFinance"ın portfelin idarə edilməsindən gəliri 1 milyon 31 min manatdan 1 milyon 144 min manata yüksəlib, broker fəaliyyətindən gəlir 3 dəfədən çox azalaraq 590 min manatdan 189 min manata, sair gəlirlər isə 228 min manatdan 168 min manata geriləyib.
Xərclərin, əsasən də işçi heyəti üzrə xərclərin azalması hesabına "AzFinance"ın xalis mənfəətində artım baş verib. Ötən il şirkətin cəmi xərcləri 516 min manat və ya 32% azalaraq 2019-cu ildəki 1 milyon 611 min manatdan 2020-ci ildə 1 milyon 95 min manata düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















