Dövlət Agentliyi həkimin narazılığına cavab verdi: "ONA 24 MİN 865 MANAT ÖDƏNİLİB"

Həkim anestezioloq-reanimatoloq Kəmalə Namazovanın əməkhaqqı ilə bağlı fikirlərinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin münasibət bildirib.
Agentliyin yaydığı məlumatda qeyd edilib ki, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkim anestezioloq-reanimatoloqu Kəmalə Namazova yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində 2020-ci ilin mart ayından bir neçə tibb müəssisəsinə ezam olunub. Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq K.Namazova yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyinə görə ona iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində müddətli əlavə ödənilir.
Belə ki, K.Namazovaya 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayı da daxil olmaqla iş vaxtına/saatına mütənasib olaraq ümumilikdə 24 min 865 manat 36 qəpik müddətli əlavə ödənilib.
Həkimin koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb olunduğu aylar üzrə ona ödənilən müddətli əlavələrin məbləği (işçi tərəfindən ödənilməli olan vergi tutulmaları daxil olmaqla) aşağıdakı cədvəldə qeyd olunur:
Cədvəl
K.Namazovanın çalışdığı M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindədir. Burada çalışan səhiyyə işçiləri “TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na uyğun olaraq əməkhaqqı alırlar.
Qaydaya əsasən səhiyyə işçilərinin vəzifə maaşları əmək stajı və xidməti fəaliyyətinin qiymətləndirilməsi nəzərə alınmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” əsasında 18 dərəcə üzrə müəyyən edilir.
Həkim anestezioloq-reanimatoloq K.Namazovanın 14-cü dərəcə üzrə vəzifə (tarif) maaşı 423,00 manatdır. K.Namazovaya həkim anestezioloq-reanimatoloq ixtisası üzrə çalışdığı üçün sözügedən Qaydaya uyğun olaraq vəzifə (tarif) maaşından əlavə 480,00 manat aylıq sabit həvəsləndirici əlavə, hər anesteziyaya görə aparılmış xidmətlər üzrə isə tətbiq edilən tarifin 5%-i həcmində aylıq həvəsləndirici əlavənin verilməsi müəyyən edilib.
Bundan əlavə, reanimasiya, intensiv terapiya və anesteziologiya, intensiv terapiya bloklarında çalışan həkimlər üçün hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat, sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə vəzifə maaşının 15%-i miqdarında əlavə hesablanır.
Nəzərinizə çatdırırıq ki, hazırda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq tibb müəssisələrində optimallaşdırma tədbirləri görülür, yeni struktur və ştat cədvəlləri hazırlanır. Tibb müəssisələrində çalışan əməkdaşlar üçün icbari tibbi sığorta ilə bağlı həvəsləndirici əlavələr yeni ştat cədvəli təsdiq edildikdən sonra, lakin aprel ayının 1-dən hesablanaraq ödəniləcəkdir. Yəni aprel ayından ştat cədvəli təsdiq ediləcək aya qədər olan dövr üçün bütün həvəsləndirici əlavələrin ödənişi təmin olunacaqdır. Ştat cədvəli təsdiq edilənədək əməkdaşlar əvvəlki qaydada tarif maaşı və qanunvericilikdə nəzərdə tutulmuş digər əlavələri alırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
-
16 d. əvvəl
Azərbaycanda səsli idarəetmə funksiya ilə yenilənmiş Haval H6 satışa çıxdı - FOTO
- 19 d. əvvəl
- 35 d. əvvəl
-
47 d. əvvəl
Dünyada mal əti qiymətləri 1960-cı ildən bəri rekord səviyyəyə çatıb
-
54 d. əvvəl
BOKT-ın illik gəlirliliyi 18% olan istiqrazlarına 50 investor 50 sifariş təqdim etdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
İşlədikləri şirkətin 180 min manatını mənimsəməkdə ittiham olunurlar
-
1 saat əvvəl
İllik 15 faiz gəlir vəd edən istiqrazların ticarətə buraxılma tarixi açıqlandı
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Dünyada mal əti qiymətləri 1960-cı ildən bəri rekord səviyyəyə çatıb

Mərkəzi Bank xəbərdarlıq məktubları göndərir, illik hesabtları təqdim etməyənlər məsuliyyətə cəlb olunur
Ən çox oxunanlar

Su tariflərinin dəyişəcəyinin siqnalı verildi - "Diferensial su tarifləri ilə bağlı təklifimizi Tarif Şurasına təqdim edəcəyik"

"Dövlət satınalmaları haqqında qanun" təkmilləşdiriləcək"

Azərbaycan ilk dəfə sualtı qaynaq və kəsmə elektrodu istehsal edəcək

SOCAR ilə Almaniya şirkəti arasında 2025–2026-cı illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb

“PAŞA Bank” yeni “Miles&Smiles PAŞA Bank Signature” kartını xüsusi endirimlə təqdim edir

"Bayraktar Teknoloji Azərbaycan" şirkəti PUA istehsalına başlayıb

Oktyabrın 4-də gözlənilən hava şəraiti
