AZPROMO Sankt-Peterburqda bir sıra xarici şirkət ilə görüşlər keçirib
2 iyun tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində öz işinə başlayan XXIV Beynəlxalq İqtisadi Forumunda Azərbaycan nümayəndə heyətinın tərkibində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu da təmsil olunur.
Fondun yaydığı məlumatda bildirilir ki, hər il dünyanın bir çox ölkələrdən dövlət rəsmilərinin, biznes dairələrinin iştirak etdiyi Beynəlxalq İqtisadi Forumun əsas məqsədi qarşılıqlı əməkdaşlığın inkişafı, eləcə də müxtəlif ölkə və qurumlar arasında iqtisadi, ticarət və investisiya imkanlarının genişləndirilməsi istiqamətində müzakirələrin aparılmasıdır. Belə ki, iqtisadi forumda iştirak edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi istiqamətində bir sıra müvafiq xarici şirkət və qurumlarla görüşlər keçirirlər.
Tədbirin ilk günü Qətərin “Hassad Food”, “Qatar Free Zone Authority”, “Qatar Diar”, “Qatar Development Bank”, “Qatar İnvestment Authority” şirkətlərinin nümayəndələri təşkil olunmuş görüşlərdə investisiya, Qətər şirkətləri ilə ikitərəfli əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb.
XXIV Beynəlxalq İqtisadi Forum 5 iyun tarixinədək davam edəcək.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 11 saat sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















