Ərdoğan ABŞ-a gedib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi təyyarə "CAN" ilə Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtona gəlib.
"Marja" xəbər verir ki, Ərdoğanı, "Andrews" Hava Limanında ABŞ Protokol İdarəsinin Baş direktorunun vəkili Rosemerie Paul və Türkiyənin ABŞ səfiri Sərdar Kılıç tərəfindən qarşılanıb.
Prezident Ərdoğan ilə həyat yoldaşı Əminə Ərdoğan, ədliyyə naziri Bəkir Bozdağ, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekci, enerji və təbii Qaynaqlar naziri Berat Albayrak və müdafiə naziri Fikri Işık da Vaşinqtona gəliblər.
SƏRFƏLİ QİYMƏTƏ UZUNÖMÜRLÜ KONDİSİONER AL!
Vaşinqtonda ABŞ Prezidenti Donald Trump ilə təkbətək və heyətlərarası görüşlər keçirəcək.
Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ Prezidenti Donald Trump ilə ilk dəfə üz-üzə görüşəcək.
Ərdoğanın ən başlıca gündəmi YPG olacaq. Görüşdə Vaşinqtonun Suriyada YPG-yə dəstək verməkdə səhv etdiyi və YPG-yə edilən silah yardımının NATO müttəfiqi Türkiyəyə təhdid yaradacağı mesajı veriləcək. YPG-nin terror təşkilatı PKK-nın qolu olduğunu sübut edən görüntü və proqramlardan ibarət olan bir fayl da Trumpa təqdim ediləcək.
İQTİSADİYYAT GÜNDƏMİ
Ərdoğanın Trumpla bölüşəcəyi digər bir məsələ isə iqtisadi əməkdaşlığın inkişafı, ikitərəfli ticarət və investisiyaların artırılması olacaq. İki ölkə arasında xarici ticarət dövriyyəsinin təxminən 4 milyard dollardan daha yüksək səviyyəyə çıxarılması planlaşdırılır. Prezident, bu çərçivədə ABŞ-ın aparıcı şirkətlərinin rəhbərləri ilə toplantı keçirəcək. Ərdoğanın görüşəcəyi adlar arasında Coca Cola, Lockheed Martin, P&G, Boeing kimi şirkətlərin rəhbərləri olacaq.
Türkiyənin digər bir əhəmiyyətli gündəmi, AB ilə ABŞ arasında aparılan Transatlantik Ticarət Razılaşması (TTIP) danışıqlarına Türkiyənin də daxil edilməsini təmin etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























