"Bu il məhsuldarlıq daha yaxşıdır, çox məhsul yığılacaq"
Şabranın badam bağlarında bu il məhsuldarlıq yüksəkdir. Rayonun Ağalıq kəndində əkilən 23 hektar badam bağından bu il 50 tona yaxın məhsul yığılması gözlənilir. Keyfiyyətli aqrotexniki qulluq, həm də badam ağaclarının böyüməsi nəticəsində bu il məhsuldarlıq ikiqat çox olacaq.
Təsərrüfatın aqronomu Ariz Ağamalıyev bildirib ki, ötən il bağlardan 30 tona yaxın badam yığılıb. “Bu il məhsuldarlıq daha yaxşıdır. Ötən ilə nisbətən çox məhsul yığılacaq. Bağdan toplanan məhsul yerli bazarda satılır. Təsərrüfatımızda iki növ badam becərilir. 10 hektarda amerikan mənşəli “Guara”, 13 hektar yeni salınan bağlarda isə Fransadan gətirilən badam növü yetişdirilir. İlk saldığımız bağlardan artıq üçüncü ildir ki, məhsul toplayacağıq”, - deyə A.Ağamalıyev söyləyib.
Təsərrüfatçı Sahib Cəbrayılov şaxtaya və quraqlığa davamlı olması ilə seçilən xarici sort badam ağaclarından 12 kiloqrama qədər məhsul götürməyin mümkün olduğunu bildirib. Badam ağacları tam məhsula düşəndən sonra isə bir hektardan 6-10 ton məhsul yığmaq olur. Hazırda bağda ağac aralarının alaq otlarından təmizlənməsi və dərmanlanma prosesi həyata keçirilir. Sentyabr ayında badam yığımına başlanılacaq.
Şabranda, ümumilikdə, 100 hektara yaxın badam bağı var. Rayondakı badam bağlarının 73 hektarı intensiv üsulla becərilir. Buna görə də hər il həmin bağlara görə fermerlərə dövlət tərəfindən bir hektara 800 manat subsidiya ödənilir. Bu da sahibkarları yeni bağların salınmasına həvəsləndirir.
Son illərdə şimal bölgəsində ən çox badam bağı Siyəzən rayonu ərazisində salınıb. “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin icrası nəticəsində rayonda yeni istifadəyə verilən suvarılan torpaqlarda 200 hektar sahədə badam ağacları əkilib.
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun dəstəyi ilə Şabranda 33, Qusarda isə 10 hektar badam bağı salınıb.
İnstitut tərəfindən xaricdən gətirilən badam sortunun tinglərinin istehsalı üçün də iş aparılır. Bununla gələcəkdə badam tinglərinin idxalının qarşısı yerli istehsal hesabına alınacaq.
1500 MANAT KREDİT 49 MANAT ÖDƏNİŞLƏ!
Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz


























