Azərbaycanda yeni start-up -"Təkəri birinci əldən alın!"
Avtomobil sahiblərini sevindirəcək yeni bir start-up layihənin təqdimatı keçirilib.
“Marja” xəbər verir ki, Azərbaycanda mövcud dünya şöhrətli şin markalarını vahid onlayn şin satışı portalına toplayan, "Təkəri birinci əldən alın!" devizi ilə TEKERSTORE.az şirkəti bazara daxil olub.
TEKERSTORE.az şirkəti Babək pr.31H ünvanında yerləşən "SS Center" biznes mərkəzində yerləşən ofisində qapılarını eyniadlı elektron ticarət layihəsinə maraq göstərənlərin üzünə açıb.
Tədbirə dəvətlilər sırasında avtomobil mediasının tanınmış jurnalistləri, layihənin tərəfdaşı olan şin markalarının təmsilçiləri, eləcə də avtomobil dilerlərinin nümayəndələri və avtomobil biznesinin digər sahələrindən (ehtiyat hissələri, motor yağları, servis mərkəzləri və s.) mütəxəssislər var idi.
Tədbiri giriş sözü ilə layihənin və eyniadlı şirkətin təsisçisi və direktoru Vüsal Cəfərov açıb. Gələn qonaqlara təşəkkür edən V.Cəfərov layihənin bugün üçün aktuallığından şirkətin qarşısında dayanan hədəflərdən bəhs edib. Layihənin sahibi portalın müştərilər üçün faydaları sırasında sərfəli qiymət, zamana qənaət, sifariş edilən şinlərə verilən istehsalçı zəmanəti və satışdan sonra müştəriyə təklif olunan servis xidmətlərini sadalayıb.
Daha sonra qonaqlar ofisin iş şəraiti ilə tanış oldular. Nəhayət yekunda www.tekerstore.az saytının təqdimatı baş tutdu. Tədbir iştirakçılarına saytın strukturu, şin sifarişinin qaydaları barəsində müfəssəl məlumat verilib.
Qeyd edək ki, www.tekerstore.az onlaynşin satışı portalı rəsmi təqdim olunduğu andan artıq müştərilərin xidmətindədir. Bununla da sərfəli qiymətə, keyfiyyətli və güvənli şin almaq istəyən avtomobil sahiblərinin artıq qapı-qapı gəzib ucuz şin axtarmasına gərək qalmır. Evinizdə əyləşib sadəcə kompüterdən və ya mobil smartfonunuzdan sayta daxil olub axtarış sistemində axtardığınız şinin markirovksındakı ölçüləri daxil etməklə dünyanın məşhur şin markalarının məhsullarını çox sərəli qiymətə əldə edə biləcəksiniz. Şirkət sifariş verilən şinlərin ünvana çatdırılmasını (Bakı və şəhərətrafı ərzilər üçün pulsuz olmaqla) və servis xidmətlərini (şin montajı, razval və balans) də təklif edir.
Daha ətraflı məlumat üçün www.tekerstore.az saytına daxil ola və ya (012/077/055) 310 31 71 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 saat sonra
- 20 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)








.jpg)




