Azərbaycanda orta ölçülü traktorlar istehsal ediləcək -Memorandum imzalandı
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti Çin Xalq Respublikasının dövlət koorporasiyası olan “YTO GROUP”la birgə Azərbaycanda kiçik ailə təsərrüfatları üçün orta ölçülü traktorların istehsalını planlaşdırır.
"Marja" xəbər verir ki, bu gün Səhmdar Cəmiyyətin mərkəzi ofisində koorporasiyanın nümayəndələri ilə bu haqda geniş müzakirə aparılıb və əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Əbülfət Qocayev və “YTO GROUP”un Azərbaycandakı nümayəndəsi Fərhad Məmmədov imzalayıb.
“YTO GROUP”un vitse-prezidenti Shan Chunyu əməkdaşlıqdan məmnunluğunu bildirib və həyata keçiriləcək işlər haqda danışıb.
Memoranduma əsasən, Qusar rayonunda yerləşən istehsal müəssisəsində ildə 800 ədəd orta ölçülü (18-40 at gücündə) YTO traktorlarının yığılması həyata keçiriləcək. Səhmdar Cəmiyyətin Çin tərəfi ilə apardığı danışıqlar nəticəsində traktorların ehtiyat hissələrinin ixracı üçün kreditin ayrılaması qərara alınıb.
İstehsalın ikinci ilindən etibarən traktorların mühərrikləri və ötürücü qurğuları istisna olmaqla digər ehtiyat hissələri Azərbaycanda fəaliyyət göstərən müxtəlif müəssisələrdən alınacaqdır ki, bu da əlavə müxtəlif sənaye sahələrinin inkişafına müsbət təsir göstərəcək.
Birgə istehsal olunacaq YTO traktorları “Aqrolizinq” ASC vasitəsi ilə yerli fermerlərimizə sərfəli şərtlər əsasında satılacaq. Fermer texnikanın dəyərinin 20%-i əvvəlcədən ödədikdən sonra yerdə qalan məbləğ 10 il (120 ay) müddətində bərabər ödənişlə bölünəcək, bu zaman fermerlər cüzi məbləğdə ödəniş etməklə traktor əldə edə biləcəklər.
YTO traktorlarının texniki göstəricilərinin asanlığı, rahat idarə olunması fermerlərə əlavə peşə hazırlığı keçmədən texnikadan istifadə imkanı verəcəkdir. Alternativ markalarla müqayisədə bu traktorlar qiymətinin ucuzluğu, yüksək təzyiqli yanacaq nasosunun mövcudluğu, gücü, ehtiyat hissələrinin keyfiyyəti və uyğun qiyməti, az yanacaq sərfiyyatı ilə seçilir. YTO traktorları bağçılıq, tərəvəzçilik, tütünçülük, yemçilik, istixana sahələrində geniş istifadə olunur. Aparılmış araşdırmalara əsasən, hazırda ölkəmizin fermer təsərrüfatlarında kiçik ölçülü traktorlara böyük ehtiyac var. Xüsusən, kiçik ailə təsərrüfatlarında əl əməyinin azaldılması, istehsal prosesinin intensivliyinin təmin olunması, itkilərin azaldılması baxımından bu texnikalar mühüm rol oynayacaq. Traktorlar kiçik əkin sahələrində rahat işləmək imkanı yaratmaqla cərgələrarası texniki işlərin aparılması, kultivasiya tədbirləri, məhsulların sahədən toplanması və digər vacib işləri qısa vaxtda həyata keçirir. Azərbaycanda YTO traktorlarının istehsalının yaradılması kənd təsərrüfatı maşın-texnika parkının sürətlə yenilənməsinə öz tövhəsini verəcəkdir.
İmzalanmış memoronduma əsasən, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC fermerlərə texnikalardan istifadə vərdişlərinin aşılanması üçün tədris mərkəzlərinin açılması, satışın təşkili, texniki təminat və digər məsələlərdə fəal dəstək verəcək.
Məlumat üçün bildirək ki, Çinin “YTO GROUP” koorporasiyası dövlətə məxsusdur, illik istehsal gücü 120 min ədəd traktor, 230 min ədəd mühərrik təşkil edir. Korporasiya 18 at gücündən 380 at gücünə qədər olan zəncirli və təkərli traktorların bütün seriyalarını, mühərriklərini, kombaynları, kənd təsərrüfatı alətlərini istehsal edir. Dünyanın yüzdən çox ölkəsi ilə əməkdaşlıq edən şirkət bu ölkələrdə öz xidmət şəbəkələrini yaratmış, son üç ildə 20 min ədəd traktor ixracına nail olmuşdur. 2015-ci ildə ixracın həcmi 100 milyon ABŞ dolları həcmində olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 saat sonra
- 20 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)


.jpg)



