“Azərişıq”da super zərərlər gözlənilir
Mmövcud tariflər saxlanılarsa “Azərişıq” ASC-nin vəsait çatışmazlığı ilə üzləşəcəyi və elektrik enerjisi tarifinin artırılması zərurətinin yaranacağı nəzərdə tutulur!Asiya İnkişaf Bankı (AİB, ADB) “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində aparılan islahatları dəstəkləməyə hazırdır.
Qurumun hesabatında qeyd olunub ki, bu, müəssisənin maliyyə göstəricilərini yaxşılaşdırmaq üçün hökumətlə siyasi dialoq aparmağı şərtləndirir.
ADB-nin proqnozuna görə, mövcud tariflər saxlanılarsa, “Azərişığ”ın 2020-ci ildə 61,8 milyon manat olan əməliyyat zərəri 2021-ci ildə 77,7 milyon manat, 2022-ci ildə 93,5 milyon manat, 2023-cü ildə 116,1 milyon manat, 2024-cü ildə 139,8 milyon manat, 2025-ci ildə də 165,9 milyon manat təşkil edəcək.
2020-ci ildə 78,9 milyon manat təşkil etmiş xalis zərəri isə müvafiq olaraq 92,7 milyon, 103,9 milyon, 132,8 milyon, 162,2 milyon, 197,2 milyon manatadək artacaq.
Belə ki, 2023-cü ildə müəssisənin üzləşəcəyi vəsait çatışmazlığı ya qısamüddətli borc götürmək, ya da dövlət tərəfindən sərmayədən kənar dəstək zərurəti yaradacaq. Bütün bunlar dərhal azı 1 % həcmində tarif artımının zəruriliyini göstərir. Hərçənd ölkədə pərakəndə tariflərin və elektrik satınalması tariflərinin gələcəkdə də indiki səviyyədə qalacağı gözlənilir.
ADB-nin proqnozuna görə, “Azərişığ”ın kapitalı 2020-ci ildəki 2 milyard 110 milyon manatdan 2023-cü ildə 2, milyard 410 milyon manata, 2024-cü ildə 2 milyard 514 milyon manata, 2025-ci ildə 2 milyard 624 milyon manatadək artırılacaq. ASC-nin gəlirləri müvafiq olaraq 1 milyard 234 milyon manatdan 1 milyard 299 milyon manatadək artacaq.
1500 MANAT KREDİT 49 MANAT ÖDƏNİŞLƏ!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















.jpg)





