İndiyədək aqrar sığorta çərçivəsində toplanmış sığorta haqqı açıqlandı
Bu gün Göygöl rayonunun Üçtəpə kəndində yerləşən heyvandarlıq təsərrüfatında ilk aqrar sığorta ödənişinə həsr olunmuş tədbir və fermerlərlə görüş keçirilib.
Marja xəbər verir ki, tədbirdə, Aqrar Sığorta Fondunun rəhbərliyi, yerli icra hakimiyyətinin və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri, Göygöl və ətraf rayonlardan olan fermer və sahibkarlar iştirak edib.
Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, dövlət dəstəyi ilə aqrar sığortanın tətbiqi getdikcə genişlənir, əkin sahələrini və heyvanlarını sığortalayan fermerlərin sayı artmaqdadır. Onun sözlərinə görə, indiyədək aqrar sığorta çərçivəsində ümumilikdə 1,7 milyon manatdan artıq sığorta haqqı toplanılıb. Bu məbləğdən 1,2 milyon manat heyvandarlıq, 500 min manatı isə bitkiçilik sektorundan toplanıb. İyun ayına olan məlumata görə, indiyədək 2100-ə yaxın mal-qara və 11,2 min hektar əkin sahəsi sığortalanıb. Ən çox sığortalanan əkinlər – buğda, pambıq, apra və üzüm sahələridir. Sığorta ödənişinə başlanması isə aqrar sığorta sisteminin etibarlı çalışdığını, öz vəzifələrini yerinə yetirməyə başladığını göstərir.
Fuad Sadıqov bildirib ki, heyvandarlıq və əkin sahələri ilə bağlı bir neçə yeni sığorta hadisələri də qeydə alınıb və yaxın günlərdə onlar üzrə ödənişlər həyata keçiriləcək.
Tədbirdə çıxış edən fermer Bəhruz Mustafa təsərrüfatında baş verən sığorta hadisəsindən sonra aqrar sığorta ödənişi aldığından məmnun qaldığını bildirib. Onun sözlərinə görə, sığorta sisteminin fəaliyyətə başlaması aqrar sahədə çalışan iş adamlarını daha daha həvəsləndirəcək. Fermer yaxın vaxtlarda təsərrüfatı genişləndirəcəyini, o cümlədən yeni inəklər alacağını bildirib. Tədbirdə Aqrar Sığorta Fondu tərəfindən fermerə simvolik ödəniş çeki də təqdim edilib.
Xatırladaq ki, hazırda Aqrar Sığorta Fondu tərəfindən südlük inək və camışlar, 14 bitki növü (buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq) və akvakultura məhsulları (balıqlar) sığortalanır.
Yaxın vaxtlarda aqrar sığortanın əhatə dairəsi genişlənəcək, ətlik mal-qara, qoyun və keçi təsərrüfatları da sığortalanacaq, bitkilərin siyahısı isə indiki 14-dən 40-a qaldırılacaq. Hazırda fermerlər və sahibkarlar Aqrar Sığorta Fonduna və aqrar sığorta sisteminə daxil olan şirkətlərə müraciət etməklə təsərrüfatlarını sığortalaya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
21 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 17 saat sonra
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 6 saat əvvəl
-
19 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
21 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























