Bakıda oktyabrda Azərbaycan-Türkiyə Enerji Forumunun keçirilməsi planlaşdırılır
Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz arasında iki ölkənin son dövrlərdə imzaladığı sənədlərdə əksini tapmış enerji məsələlərinin müzakirəsi məqsədilə onlayn formatda görüş keçirilib.
Görüşdə bu ilin 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə, eləcə də digər sənədlərdəki energetika sahəsində əməkdaşlığa dair müddəalar nəzərdən keçirilib.
Energetika naziri Pərviz Şahbazov deyib ki, “Şuşa Bəyannaməsi” bütün sahələrdə, o cümlədən enerjidə dost, qardaş, tərəfdaş münasibətlərimizi müttəfiqlik statusuna yüksəltdi: “Bu sənəddə yer alan “Cənub Qaz Dəhlizi” və elektrik enerjisi sahəsində regional əməkdaşlıq məsələləri, həmçinin işğaldan azad edilmiş ərazilərin Azərbaycan Prezidenti tərəfindən “yaşıl enerji” zonası elan edilməsi Türkiyə ilə enerji əməkdaşlığımızı dərinləşdirir.”
Bərpa olunan enerji sahəsində əməkdaşlıqla bağlı hazırda Türkiyə şirkətləri ilə müzakirələr aparıldığını bildirən nazir, eyni zamanda, gələn ildən keçirilməsi planlaşdırılan hərraclarda iştirakın mümkünlüyünü də diqqətə çatdırıb.
Görüşdə karbohidrogen, neft-kimya, bərpa olunan enerji və digər istiqamətlər üzrə enerji əməkdaşlığının inkişafına töhfə verəcək platforma kimi Azərbaycan-Türkiyə Enerji Forumunun bu ilin oktyabrında Bakıda keçirilməsi təklifi müzakirə edilərək razılaşdırılıb.
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz isə TPAO və SOCAR-ın hər iki ölkədə uğurlu fəaliyyətindən bəhs edərək, üçüncü ölkədə birgə əməkdaşlığın strateji əhəmiyyətinə və perspektivlərinə toxunub.
Müzakirələr zamanı enerji əməkdaşlığının digər mühüm istiqamətləri üzrə də fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz


























