Dövlət qiymətli kağızları olmasa idi, Bakı Fond Birjası işsiz qalardı
Əməliyyatların 99,5%-i dövlət qiymətli kağızları üzrədir.Əgər Mərkəzi Bank, Maliyyə Nazirliyi, İpoteka və Kredit Zəmanəti Fondu qiymətli kağızlar yerləşdirməsəydilər bu dövrdə Bakı Fond Birjası demək olar ki, işsiz qalardı.
Marja Birjanın statistikasına istinadən xəbər verir ki, 2021-ci ilin ilk 6 ayında Bakı Fond Birjasında əqdlərin cəmi həcmi 8 milyard 303 milyon 60 min manat təşkil edib. Əməliyyatların 8 milyard 263 milyon 724 min manatlıq hissəsi və ya 99,5%-i dövlət qiymətli kağızları üzrə (Mərkəzi Bankın notları, Maliyyə Nazirliyinin dövlət istiqrazları və İpoteka və Kredit Zəmanəti Fondunun ipoteka istiqrazları), 39 milyon 336 min manatlıq hissəsi və ya 0,5%-i özəl sektorun qiymətli kağızları üzrə (səhmlər və istiqrazları) olub.
2021-ci ilin ilk 6 ayında dövlət istiqrazları üzrə 4 milyard 392 milyon 477 min manatlıq, Mərkəzi Bankın notları üzrə 3 milyard 703 milyon 289 min manatlıq, ipoteka istiqrazları üzrə 167 milyon 910 min manatlıq əqdlər bağlanıb.
Bu ilin ilk 6 ayında korporativ qiymətli kağızlar bazarında özəl sektor tərəfindən cəmi 5 milyon 500 min manatlıq səhmlər, 2 milyon manatlıq istiqrazlar yerləşdirilib. Qısası, dövləti çıxsaq qiymətli kağızlar bazarı yox səviyyəsindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
17 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat sonra
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 10 saat əvvəl
-
23 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















