STP Peşə Təhsil Mərkəzilə Memorandum imzalayıb
Sumqayıt Texnologiyalar Parkı (STP) və Sumqayıt Kimya Sənaye Parkının (SKSP) nəzdində olan Peşə Təhsil Mərkəzi əməkdaşlıq barədə memorandum imzalayıb.
STP-dən Marja-ya daxil olmuş məlumata görə, görüşdə STP-nin Baş direktoru Ruslan Ağabəyli, Baş İnsan Resursları İnzibatçısı Şölə Əliyeva, SKSP-dən Baş direktorun muavini Fuad Məhərrəmov, Peşə Təhsil Mərkəzinin direktoru Yadullah Babayev və hər iki tərəfdən digər nümayəndələr iştirak edib.
Memorandum müxtəlif peşə ixtisasları üzrə təhsil alan tələbələrin STP və onun törəmə şirkətlərinin bazasında istehsalat təlimi və təcrübəsini keçmələrinə şəraitin yaradılmasını nəzərdə tutur. Həmçinin, əməkdaşlıq çərçivəsində STP əməkdaşlarının SKSP-nin Peşə Təhsil Mərkəzinin təlim-tədris imkanlarından faydalanması nəzərdə tutulur. Əməkdaşlığın başlıca məqsədi gələcək kadr ehtiyaclarının ödənilməsi, cari insan resurslarının keyfiyyətini və peşəkarlırığı artırmaq istiqamətində birgə fəaliyyətin göstərilməsidir.
Qeyd edək ki, STP 2020-ci ilin sonunda yer almış struktur və korporativ idarəetmə sistemindəki yeniliklərdən sonra sənaye sektoruna xarici təcrübələrin gətirilməsi, həmçinin gələcəyin peşəkarları olacaq gənc kadrların hazırlanması istiqamətində bir sıra təşəbbüslər reallaşdırıbdır. Bundan öncə müəssisə Azərbaycan Texniki Universiteti və Sumqayıt Dövlət Universiteti ilə Anlaşma Memorandumu imzalamışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























