Metrodan "qiymət artacaq" iddialarına cavab
"Bakı Metropoliteni": Qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət olunmayıb“Bakı metropoliteni” QSC sərnişin daşıma qiymətinin artırılması və qiymətin yenidən tənzimlənməsi ilə bağlı bu günədək Tarif Şurasına müraciət ünvanlamayıb.
BunuBakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, qeyd olunan məsələyə dair metropoliten dəfələrlə mövqeyini bildirərək aydınlıq gətirib.
“Metropoliten hər dəfə sərnişin daşımaya bağlanarkən, bu məsələlər xüsusi gündəmə gəlir. Biz bunu təbii ki, anlayışla qarşılayırıq, çünki metropoliten pandemiyadan ən çox zərər görən müəssisələrdən biridir və bu sualların aktual olması da normaldır. Lakin Bakı metropolitendə sərnişin daşıma qiymətinin tənzimlənməsi Tarif Şurasının səlahiyyətinə daxil olan bir məsələdir. Metropoliten aidiyyatı dövlət strukturları qarşısında o cümlədən Tarif Şurası qarşısında da hesabat verir. Bu hesabatlar illik və müntəzəm olaraq təqdim olunur. Lakin konkret olaraq sərnişin daşıma qiymətinin qaldırılması və yenidən tənzimlənməsi ilə bağlı bu günədək Bakı metropoliteni Tarif Şurasına müraciət ünvanlamayıb”, - deyə B. Məmmədov qeyd edib.
QSC-nin rəsmisi metropolitenin bir aya yaxın fəaliyyətinin bərpa edilməsindən danışarkən bildirib ki, yeraltı nəqliyyatın sərnişin daşımasında müəyyən fərqliliklər mövcuddur.
“Pandemiya dövrü, xüsusi karantin rejimi uzadıldığı üçün metropolitenin sərnişin sayında azalmalar var. İyun ayı ərzində metropoliten təxminən 350 – 400 min arası sərnişin daşıyıb. Bu, metropolitenin son dəfə normal fəaliyyət göstərdiyi 2019-ci ilin eyni ayı ilə müqayisədə təxminən iki dəfəyə yaxın azdır”, - deyə B. Məmmədov qeyd edib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb






















