Azərbaycanın iri bankından 6 ayda 100 milyon manata yaxın xalis mənfəət
“Kapital Bank” ASC 2021-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 99 milyon 772 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövründə 170 milyon 556 min manat xalis mənfəət əldə etmişdi.
Marja Bankın rüblük hesabatalarına istinadən xəbər verir ki, ötən ilin ilk 6 ayında 215 milyon 843 min manat təşkil etmiş faiz gəlirləri, 2021-ci ilin ilk 6 ayında 226 milyon 775 min manat olub (10 milyon 932 min manat və ya 5% artıb). Qeyri-faiz gəlirləri isə 100 milyon 950 min manatdan 136 milyon 999 min manata yüksəlib (36 milyon 49 min manat və ya 35,7% artıb).
Cəmi gəlirlərin 46 milyon 981 min manat artmasına qarşılıq, cəmi xərclər 32 milyon 341 min manat artıb.
Gəlirlərin artmasına baxmayaraq xalis mənfəətin azalmasına faiz və qeyri-faiz xərclərinin artması və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 53 milyon 523 min manat ayırma səbəb olub. Ötən ilin ilk 6 ayında ehtiyatdan azad olmuş 38 milyon 36 min manat mənfəətə əlavə edilmişdi.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2021-ci ilin yanvar - iyun dövründə Kapital Bankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 363 milyon 774 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 183 milyon 456 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 180 milyon 318 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 53 milyon 523 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 27 milyon 23 min manat mənfəət vergisi ödəyib. Beləliklə, “Kapital Bank” 2021-ci ilin 1-ci yarısını 99 milyon 772 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar - iyun dövründə Kapital Bankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 316 milyon 793 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 151 miylon 15 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 165 milyon 678 min manat təşkil etmişdi. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 38 milyon 36 min manat mənfəətə əlavə edilmiş və mənfəət 203 milyon 713 min manata yüksəlmişdi. Kapital Bank 33 milyon 158 min manat mənfəət vergisi ödəmiş və həmin dövrü 170 milyon 556 min manat xalis mənfəət ilə bağlamışdı.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
30 İyun 2021-ci il tarixində Kapital Bank 5 milyard 713 milyon 775 min manat cəmi aktivlərə malik olub, aktivlərin 2 milyard 298 milyon 813 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən ilin eyni tarixində Kapital Bank 4 milyard 870 milyon 499 min manat cəmi aktivlərə malik idi və aktivlərin 2 milyard 154 milyon 116 min manatını müştərilərə verilmiş kreditlər təşkil etmişdi.
Son 1 ildə Kapital Bankın cəmi aktivləri 843 milyon 276 min manat, müştərilərə verilmiş cəmi kreditlər isə 144 milyon 697 min manat artıb.
QİYMƏTLİ KAĞIZLARA İNVESTİSİYANI KƏSKİN ARTIRIB
Kapital Bankın qiymətli kağzılara investisiyaları 2 dəfədən çox artaraq 1 milyard 12 milyon 163 min manata çatıb. Ötən ilin İyun ayının sonunda bu investisiyaların məbləği 492 milyon 57 min manat idi.
2020-ci ilin 1-ci yarısının yekunu ilə müqayisədə Kapital Bankda depozitlər 784 milyon 605 min manat və ya 21,6% artaraq 4 milyard 410 milyon 409 min manata çatıb.
30 İyun 2021-ci il tarixində Kapital Bank 588 milyon 613 min maant məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 536 milyon 800 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
-
2 saat əvvəl
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
-
2 saat əvvəl
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir
-
2 saat əvvəl
Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Ən çox oxunanlar
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir
Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq
"Bakı və Abşeronda su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiq edildi
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın 1 unsiyasının qiyməti 5 000 dollara çata bilər"
Ötən il dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə 352,4 milyon manat vəsait geri qaytarılıb
Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından daha çox gəlir əldə edəcəyi gözlənilir













.jpg)











