SOCAR əlverişli şərtlərlə 1,3 milyard dollar cəlb etdi - YENİLƏNİB
“SOCAR Türkiyə” əvvəlki öhdəliklərini təkrar maliyyələşdirmək məqsədi ilə “JP Morgan” və “Citi” başda olmaqla kredit institutlarından 1,3 milyard ABŞ dolları ekvivalenti məbləğində maliyyələşmə təmin edib. Təkrar maliyyələşdirmə əməliyyatı nəticəsində kənardan cəlb edilən vəsait şirkətin əvvəlki öhdəliklərinin bir hissəsini əvəzlədiyinə görə SOCAR üçün əlavə öhdəlik həcmi yaratmamışdır.15: 30 - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Türkiyə” 2021-ci ildə dünyanın nüfuzlu banklarından olan JP Morgan Securities plc (“JP Morgan”) və Citibank N.A.-nın London filialı (“Citi”) başda olmaqla kredit institularından əlverişli şərtlərlə 1,3 milyard ABŞ dolları ekvivalenti məbləğində maliyyə vəsaiti cəlb etməklə təkrar maliyyələşmə əməliyyatını relallaşdırıb.
“SOCAR Türkiyə” şirkətindən MArja-ya verilən məlumata görə, pandemiyanın qlobal iqtisadiyyatda yaratdığı gərginliyin davam etdiyi bir şəraitdə təkrar maliyyələşdirmə məqsədi ilə cəlb olunan vəsait ödəmə müddətinin uzunluğu, bazardakı oxşarları və əvvəlki maliyyə öhdəlikləri ilə müqayisədə faizin aşağı olması ilə diqqət çəkir.
“Dünyanın qabaqcıl bank və maliyyə təşkilatlarının iştrakı ilə yaradılan sindikat tərəfindən SOCAR-ın təminatı ilə 5 il müddətinə və illik LIBOR/EURIBOR +3.45% faiz ilə cəlb edilən vəsait qlobal maliyyə dairələrində SOCAR-ın və “SOCAR Türkiyə”-nin sağlam maliyyə strukturuna və güclü mövqeyinə etimadın təzahürü kimi dəyərləndirilir. Təkrar maliyyələşdirmə əməliyyatı nəticəsində kənardan cəlb edilən vəsait şirkətin əvvəlki öhdəliklərinin bir hissəsini əvəzlədiyinə görə SOCAR üçün əlavə öhdəlik həcmi yaratmamışdır”,- məlumatda deyilir.
“SOCAR-A VƏ TÜRKİYƏYƏ OLAN BÖYÜK ETİMADIN TƏZAHÜRÜ”
“SOCAR Türkiyə” İdarə Heyətinin sədri Rövnəq Abdullayev deyib: ““JP Morgan” və “Citi” başda olmaqla dünyanın nüfuzlu maliyyə qurumları tərəfindən bu miqyasda və əlverişli şərtlərlə təkrar maliyyələşmə vəsaitinin ayrılması pandemiya səbəbindən bazarlarda davam edən qlobal qeyri-müəyyənlik şəraitində “SOCAR Türkiyə”-yə olan böyük etimadın təzahürüdür. Beynəlxalq maliyyə mənbələrindən əhəmiyyətli həcmdə maliyyə vəsaitlərinin cəlb edilməsi SOCAR Qrupun likvidlik göstəricilərinin yaxşılaşdırılmasına səbəb olur, eyni zamanda layihələrimizin maliyyə institutları tərəfindən dəstəkləndiyinin ifadəsidir.”
Bu əməliyyatda “SOCAR Türkiyə”-nin hüqüqlarını Ünsal Avukatlık Ortaklığı, Vinson & Elkins RLLP və Omni Law Firm qoruyub.
14:37 XXX
"SOCAR Türkiyə" şirkəti 1,3 milyard dollar sindikatlaşdırılmış kredit cəlb edib.
Marja xəbər verir ki, Dünyanın iri banklarından "Citibank N.A, London Branch (Citi)" və "JP Morgan Securities plc"nin (JP Morgan) köməyilə cəlb edilən kredit, 2021-ci ilin ilin əvvəlindən bu günə qədər Türkiyədə maliyyə xidmətləri sektoru xaricində fəaliyyət göstərən bir şirkət tərəfindən cəlb edilən ən yüksək məbləğli kreditdir.
"SOCAR Türkiyə" şirkətinin İdarə heyətinin sədri Rövnəq Abdullayev bildirib ki, dünyanın güclü maliyyə təşkilatlarının liderliyilə cəlb edilən yenidənmaliyyələşmə krediti, qlobal qeyri-müəyyənliklərə baxmayaraq "SOCAR Türkiyə" şirkətinə olan güvənin göstəricisidir.
Abdullayev qeyd edib ki, cəlb edilən vəsait ilə şirkətin maliyyə vəziyyətini gücləndirəcək.
Abdullayevin sözlərinə görə, kredit aşağı faiz ilə cəlb edilib, vəsait ilə qrupun keçmiş borclarının bir hissəsi ödəniləcək və ortalama xərc yaxşılaşacaq:
"Bu məbləğdə bir sindikatlaşdırılmış krediti sərfəli şərtlər ilə əldə etməyimizin, hazırkı qlobal iqtisadi vəziyyət də nəzərə alındığında ayrı bir əhəmiyyət daşıdığını düşünürük".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
-
3 saat əvvəl
Nərimanovda, metroya yaxın premium mənzillər faizsiz kredit imkanı ilə satışda
-
3 saat əvvəl
Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub
- 3 saat əvvəl
-
4 saat əvvəl
Fermerlər heyvanlarını daha çox sığortalayır: göstərici 2 dəfə yüksəlib
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Azərbaycan Rusiyaya nota verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib
Qlobal ərzaq qiymətləri 5 aydır fasiləsiz düşməkdə davam edir
Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Stellantis şirkətinin səhmləri yüksək məbləğdə zərər açıqlamasından sonra kəskin ucuzlaşıb
Bu bank nağd pul kreditləri üzrə faiz dərəcələrini aşağı saldı
İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib




















