Bank of Baku İnternet Bankçılıq xidmətini yeni funksiyalarla təkmilləşdirir
Bank of Baku, internet bankçılıqdan istifadə edən həm fiziki, həm də hüquqi müştərilərinin rahatlığını təmin edəcək növbəti yeniliklərini təqdim edir. 70.000 nəfərdən çox şəxsin əməliyyatlarını daha rahat və sürətli şəkildə etmələrinə şərait yaradan internet bankçılıq təqdim etdiyi yeni istifadə imkanları ilə onların işini bir az daha asanlaşdıracaq.
İnternet bankçılığın təkmilləşdirilməsi istiqamətində aparılan mühüm işlərin nəticəsi olaraq aşağıdakı 3 əsas yeniliyi xüsusilə qeyd etmək lazımdır:
1. SWIFT çıxarışın onlayn əldə olunması – müştərilər hesablar üzrə həyata keçirdikləri əməliyyatların çıxarışını Banka gəlmədən, internet bankçılıq vasitəsilə onlayn olaraq əldə edə bilərlər. Ödəniş haqqında bu çıxarışı həm mədaxil, həm də məxaric olunan bütün hesablar üzrə almaq mümkündür. Çıxarışda ödəməni həyata keçirən və alan şəxsin və ya qurumun adı, ünvanı, ödəniş məbləği və tarixi öz əksini tapır.
2. Rekvizitlərin alınması – cari hesablar bölməsində olan istənilən hesabın rekvizitini indi internet bankinq istifadəçiləri çox rahat şəkildə özləri ala bilərlər. Bunun üçün cari hesablardan birinə keçib, rekvizitlər düyməsinə basmaq kifayətdir. Rekvizitlərin e-poçta göndərilməsi də mümkündür.
3. Geri dönüş imkanlı bizimlə əlaqə bölməsi – bizimlə əlaqə bölməsi daha da təkmilləşdirilərək istifadəçilərdən daxil olan sual və müraciətlərin həmin gün ərzində cavablandırılmasına xidmət edir. Belə ki, xidmətdən istifadə edən şəxslər, səhifəni tərk etmədən bankla əlaqə qura və müraciətlərinə cavab ala bilərlər. Müraciətlərini müxtəlif istiqamətlər üzrə ünvanlayacaq müştərilərlə qısa zaman ərzində geri əlaqə saxlanılaraq, lazımi dəstək göstəriləcəkdir.
Yuxarıda qeyd olunanlarla yanaşı, xatırladaq ki, Bank of Baku-nun əmək haqqı kartlarından istifadə edən korporativ müştərilər əməkdaşlarının aylıq məvacibini banka gəlmədən internet bankçılıq vasitəsilə köçürə bilərlər.
Bank of Baku-nun İnternet Bankçılıq xidmətinə 145 Məlumat Mərkəzinə zəng etməklə və ya fliala müraciət etməklə qoşulmaq olar.
Xidmətin təqdim etdiyi istifadə imkanları və üstünlükləri haqqında ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.
Daha ətraflı:
145 məlumat mərkəzi
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
4 d. əvvəl
Meto üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
-
- 39 d. əvvəl
- 53 d. əvvəl
- 56 d. əvvəl
-
2 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Ən çox oxunanlar
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI






















