“SOCAR PETROLEUM” Ağdamda yeni modul tipli YDM istifadəyə verib
Böyük zəfərin ardından işğaldan azad edilmiş, bənzəri olmayan dilbər guşələrimiz tez bir zamanda əvvəlki görkəminə qaytarılır. Bu məqsədlə Qarabağ bölgəsində fasiləsiz quruculuq işləri həyata keçirilir. Bu quruculuq işləri dövründə nəqliyyat vasitələrinin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə “SOCAR PETROLEUM” QSC Ağdam şəhərində, inşası hazırda davam edən yeni yolun üzərində, “SOCAR” brendli modul tipli yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verib. Beləliklə “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 40-a çatdırılıb.
“SOCAR PETROLEUM”dan verilən xəbərə görə, yeni istifadəyə verilmiş modul tipli məntəqədə 2 yanacaqpaylayıcı kalonka quraşdırılmışdır. Beləliklə, bu yanacaqdoldurma məntəqəsində “A-92” markalı benzin və “dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Bununla da 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.
Qeyd edək ki, “SOCAR PETROLEUM” QSC 40 yanacaqdoldurma məntəqəsi və 11 neft terminalından ibarət neft məhsullarının topdan satışı şəbəkəsinə sahibdir. Sıxılmış təbii qazın (CNG) mühərrik yanacağı kimi tətbiq olunmasında lider olan “SOCAR PETROLEUM” QSC-nin bu tip yanacağın istehsalı və satışı üçün terminalı fəaliyyət göstərir. “SOCAR PETROLEUM” QSC-nin fəaliyyətinin prioritet istiqamətləri təhlükəsizlik, yanacaq satışının dəqiqliyi və xidmət rahatlığına xüsusi diqqət yetirərək müştərilərin ehtiyaclarını təmin etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
48 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
49 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib

















.jpg)








