ABŞ-ın ən iri neft terminalı satılıb - 3 milyard dollar
Qlobal bazara satışlar artacaq...İxrac həcminə görə ABŞ-ın və bütövlükdə Şimali Amerikanın ən iri xam neft terminalı, Texas ştatında, Meksika körfəzinə girişdə yerləşən Korpus Kristi limanındakı Ingleside Enerji Mərkəzi satılıb.
Marja xəbər verir ki, alıcı Kanadanın boru kəmərləri şirkəti Enbridge olub.
3 milyard dollara başa gələn sövdələşmədə Enbridge ABŞ-ın Moda Midstream şirkətindən həm neft terminalını, həm də bir sıra daxili neft yataqlarından Meksika körfəzi sahilinə çəkilən boru kəmərlərini satın alıb.
Enbridge Kanadanın ən iri boru kəməri şirkətlərindən biridir və ABŞ və Kanadada 5000 km-dən artıq borularla Şimali Amerikanın ən iri şəbəkəsinə malikdir. Şirkət ABŞ-da istehlak olunan təbii qazın 20%-ni də təchiz edir.
Pandemiya səbəbindən neft qiymətlərində ötən ilki kəskin dəyşmələr son il yarımda ABŞ-da istehsal həcmini azaltsa da (pandemiyadan öncə gündə 13 milyon barellə müqayisədə hazırda gündə 11,3 milyon barel), ixrac həcmləri çox dəyişməyib - 2020-ci ilin martında 3,6 milyon barel/gün, cari ilin iyununda 3,4 milyon barel/gün.
Enbridge həm də terminalda bir sıra yenidənqurma işlərini həyata keçirmək və xüsusən Texasdakı şist neft yataqları hesabına ixracı daha da artırmağı planlaşdırır. Deməli, ABŞ enerji daşıyıcılarına artan tələbat fonunda qlobal bazardakı payını kiməsə güzəştə getmək fikrində deyil...
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb














.jpg)


