Deputatın oğlunun binasında qarşıdurma - İcra Hakimiyyəti “yox” desə də, şirkət tikir
Bakı şəhər sakini Nəsir Məmmədli Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi: 42-də yerləşən evlərinə söküntü prosesi zamanı “Dönüş-1 MMC” tərəfindən zərər verildiyini iddia edir.
Bu barədə müraciət edən N. Məmmədli qeyd edib ki, 2017-ci ildə evlərinin yanında adıçəkilən şirkət bina tikməyə başlayıb: “Birinci binanı özbaşınalıqla tikdilər. İndi də ikinci binanı tikmək istəyirlər. Ərazidə olan evləri sökürlər. Evlərin söküntüsü zamanı bizim 16 və 19 nömrəli mənzillərimizə ciddi zərər veriblər. Bizə bitişik evləri buldozerlə sökdülər. Evin divarlarında çatlar əmələ gəlib, döşəmə aşağı düşüb. Məndən icazəsiz evimə zərər vurduğuna görə şirkət tərəfindən ədalətli kompensasiya verilməsini tələb edirik. Bundan əlavə də bizə güc göstərirlər. Səbail İcra Hakimiyyətindən də gəlib dedilər ki, işi dayandırmaq lazımdır”.
Vətəndaşın iddiasına əsasən, MMC-nin sahibi deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadədir: "Mən özüm 2 il bundan qabaq şəxsən iki dəfə Orxan Quluzadə ilə üzbəüz danışmışam. Evimi sökməklə bağlı mənlə danışıb, ancaq evə dəyər-dəyməz qiymət qoyub. Mən də razı olmamışam. Orxan Quluzadənin özü tez-tez tikinti gedən yerə baş çəkir. Qonşular da onu görüblər. Əlimdə videofakt da var. 005 seriyalı maşınlarla bir neçə dəfə əraziyə gəliblər. Qeyd edim ki, mən prokuror deyiləm, heç kimi də şantaj etmirəm. Evim qəzalı vəziyyətdədir. O evdə ailə üzvlərimdən bir nəfər xəsarət alsa, mənə milyardlar da versələr qane olmayacağam. Bütün lazımi orqanlara müraciət edəcəyəm. Evimi yaşanmaz hala gətiriblər”.
Sözügedən məsələ ilə bağlı “Dönüş-1 MMC”nin satış üzrə meneceri Həbib Məmmədovla əlaqə saxlanıb. O, Nəsir Məmmədlinin evinə zərər vurmadıqlarını bildirib: "Hər şey yerindədir. İstəsəniz gəlib yerindəcə tanış ola bilərsiniz. Onun evi 200 il qabaq tikilib. Biz ona yaxın məsafədə yerləşən evləri əllə sökdürmüşük ki, divara zərər dəyməsin. Ekskavator ona aid olmayan bir yerdə işləyib. Həmin şəxs prokuror olduğunu deyir, bizi həbslə hədələyir.
Deyir ki, mənə 600-700 min manat kompensasiya verməlisiniz. Bayılda söküntü gedən evlərdə yarım milyona ev olar?! Bu evə gəlib kənardan baxanlar 30 min manat pul verərlər. Bir ev də dayısının evidir, yan-yanadır. Heç birinə müdaxilə etmirik".
Şirkətin Ülvi Quliyevin oğluna məxsus olmasına gəlincə, Həbib Məmmədov bu iddianı da təkzib edib: "Obyektin sahibi tamam başqa adamdır. Əvvəl başqa bir deputatın adını çəkirdilər, indi də ayrı bir deputatın adını çəkirlər”.
H. Məmmədovun sözlərinə görə, şirkət tikintini Səbail rayon İcra Hakimiyyətinin yazılı sərəncamına əsasən həyata keçirir: “Əgər binanın tikilməməsi ilə bağlı hər hansı yazılı sərəncam varsa, gətirib göstərin biz dayandıraq. Bizim işimiz pilot layihədir. Hələ evlərin söküntü işləri gedir. Axı camaat gözləyir ki, bina tikilsin onlara ev verək. Hərəsi bir yerdə kirayə qalırlar. Hər gün sakinlər bizdən soruşur ki, nə vaxt bina tikiləcək?!”
Mövzu ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə də sorğu ünvanladıq. Cavab olaraq bildirildi ki, vətəndaş Məmmədli Nəsir Oruc oğlu Səbail rayonu, Bayıl yaşayış sahəsi, Qurban Abbasov küçəsi 42 ünvanında “Dönüş-1” MMC tərəfindən aparılan tikinti işlərinin dayandırılması barədə müraciəti ilə əlaqədar Rayon İcra Hakimiyyətində qəbul edilərək dinlənilib və sözügedən ünvana yerində baxış keçirilib: "Məlumat üçün bildiririk ki, sözügedən tikinti şirkəti tərəfindən aparılan işlərin dayandırılması ilə əlaqədar aidiyyəti qurumlara rəsmi müraciət ünvanlanıb. Eyni zamanda, tikinti işlərinin dayandırılması və qanunamüvafiq qaydada tədbirlərin görülməsi məqsədilə “Dönüş-1” MMC-yə tərəfimizdən rəsmi müraciət edilib".
İddialarla bağlı yazıda adı keçən deputat Ülvi Quliyevlə də əlaqə saxlasaq da, onun mövqeyini öyrənmək mümkün olmayıb.
Telegramda Marja.az səhifəsinə abunə olun
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 saat əvvəl
-
-
4 saat əvvəl
Nazir “ExxonMobil”ın meneceri ilə əməkdaşlığın inkişafını müzakirə edib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
-
5 saat əvvəl
Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır
- 5 saat əvvəl
-
6 saat əvvəl
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
-
6 saat əvvəl
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
-
6 saat əvvəl
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
Ən çox oxunanlar
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
"KƏPƏZ BOKT" illik 15%-lə 1 milyon manat borc aldı
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
Fevralın 13-də gözlənilən hava şəraiti
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq






















