Daha bir qiymətli metal sürətlə bahalaşır
2014-cü ildən bəri ən yüksək həddə çatıb...İlin əvvəlindən metal qiymətlərində start götürən bahalaşma urandan da yan keçməyib.
Marja xəbər verir ki, təmiz enerjiyə keçidlə bağlı hədəflər və pandemiyadan sonra iqtisadi canlanma urana tələbatı əhəmiyyətli dərəcədə artırıb.
2020-ci ilin əvvəlində bir funta (0,45 kq-a) görə 30 dollar təşkil edən xam uranın qiyməti hazırda 40 dollara qədər yüksəlib. Bu isə, 2014-cü ildən bəri ən yuxarı göstəricidir. Çinin atom enerjisinin istehsalını artırmaq planları, pandemiyaya görə ən iri uran hasilatçıları - Kanada və Qazaxıstandan təchizat problemləri, eləcə də investorlar tərəfindən uran ehtiyatlarının iri həcmdə alışı qiyməti artıran əsas amillərdir.
Kanadanın qiymətli metal və aktivlər üzrə investisiya şirkəti Sprott bu ilin iyulunda Uran Tresti quraraq, 240 milyon dollar dəyərində 6 milyon funta yaxın uran alıb. Hazırda şirkətin ümumi stokunda 24 milyon funt xam uran var (1 milyard dollar). Böyük Britaniyanın Yellow Cake Plc şirkəti isə 16 milyon funt uran ehtiyatına malikdir.
Ümümdünya Nüvə Assosiasiyanın hesablamalarına görə, bu il 162 milyon funt olan urana qlobal tələbat 2030-cu ildə 206 milyon funta, 2040-cı ildə isə 292 milyon funta qədər artacaq. Hazırda 125 milyon funt olan istehsal həcmi isə əksinə, 2025-ci ilə qədər 25%, 2030-cu ilə kimi 50% azalacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
4 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
-
11 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 22 d. əvvəl
- 27 d. əvvəl
-
45 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 48 d. əvvəl
- 53 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

















.jpg)







