Bakı sakini lotereyada təxminən 36 min manat “Cek Pot” qazandı
“5/36” tirajlı lotereyasında 35.655 manatlıq “Cek Pot” uduldu“Azərlotereya” ASC-nin təşkil etdiyi “5/36” tirajlı lotereyasında Bakı şəhər sakini Paşa Sadıqov 35 min 655 manatlıq “Cek Pot” qazanıb.
ASC-dən MArja-ya verilən məlumata görə, 3 sentyabr 2021-ci tarixində “Azərlotereya” ASC tərəfindən təşkil olunan “5/36” lotereyasının növbəti tirajı keçirlib. “5/36” tirajlı lotereyasının 3317-ci tirajı iştirakçılardan biri üçün çox şanslı olub.
Toplanan “Cek Pot” məhz bu dəfə öz sahibini tapıb. 35min 655 manat təşkil edən “Cek Pot” pul mükafatı 053873 nömrəli biletin sahibi Sadıqov Paşa Sadıq oğlu tərəfindən qazanılıb.
Sevincini bölüşən Paşa Sadıqov uzun illərdir lotereya oynadığını, ancaq ilk böyük uduşunun bu dəfə olduğunu deyir: “Hər dəfə iki və ya üç manatlıq lotereya alıram. Əvvəllər kiçik uduşlara sahib olmuşam. Bu dəfə isə bəxtim daha çox gətirdi, 35min 655 manat qazandım. Pulu evimizin təmirinə və digər ehtiyaclara xərcləyəcəyəm. Qalan məbləği isə gələcək üçün saxlamaq fikrim var”.
Xatırladaq ki, "5/36" tirajlı lotereyasında “Cek Pot” axırıncı dəfə 06 avqust 2021-ci ildə keçirilən 3297-ci tirajda udulmuşdu. O zaman udulan pul mükafatı 36 min 512 manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 11 d. əvvəl
-
-
44 d. əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
2 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
2 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
2 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
2 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Aprelin 15-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib






.jpg)
.jpg)








.jpg)








