"Azərxalça": "Rusiyaya gətirdiyimiz 71 xalçanı geri qaytarmaq istəmirik"
"Biz Moskvada keçirilən “Heimtextil Russia 2021” sərgisində iştirak etdiyimiz üçün çpx şadıq, çünki, bu, beynəlxalq sərgidir və burada yalnız Rusiya vətəndaşlarını deyil, xarici qonaqları da artıq görürük".
Bunu sərginin açılışında açıqlamasında "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov deyib.
"Bu gün sərgidə 71 xalça ilə iştirak edirik və məhz Qarabağ xalçalarına üstünlük vermişik. Ali rəhbərliyin keçən ilin sonunda bizə gözəl hədiyyəsi oldu - torpaqlarımız işğaldan azad edildi. Ona görə də biz buraya daha çox Qarabağ xalçası gətirdik, qonaqları və müştəriləri Qarabağ xalçaları ilə tanış etmək istədik. Sözsüz ki, başqa xalça məktəblərinin də nümunələri var", - deyə o, qeyd edib.
E.Məmmədov rəhbərlik etdiyi qurumun tətbiq etdiyi yeniliklər barədə də danışıb: "Hər xalçamızın arxasında QR-kod var. Telefonu yaxınlaşdırdıqda xalçanın adını, neçənci ildə, hansı emalatxanamızda toxunduğunu və s. məlumatları göstərir. Bu bizim mədəni irsimiz, tariximizdir. Azərbaycan xalçaları Beynəlxalq muzeylardə nümayiş etdirilir, bütün xarici hərraclara çıxarılılır. Bəzən onun hansı ildə, harada toxunulması barədə problemlər yaranır. Yeni etiketaj isə bu növ problemləri aradan qaldılacaq. Bu pasport göstərəcək ki, xalçanı məhz Azərbaycan qadınları, Azərbaycan torpağında toxuyub".
Sərginin Azərbaycan xalçasının Rusiyada tanıdılmasında oynayacağı rola gəlincə isə, sədr bildirib ki, son 5 ildə Azərbaycan Rusiyaya xalça ixrac etməyib:
"Bu gün bütün xalça məktəblərindən nümayiş üçün gətirmişik. Maraq artıq var. Ümidvarıq ki, daha çox qonaq bizim stendə gələcər. Bura gəlməzdən əvvəl Rusiyanın gömrük komitəsindən son 5 ilin statistikasını əldə etdik və əslində çox narahat olduq. Çünki son 5 ildə Rusiyaya Azərbaycan xalçasının ixracı olmayıb. Və bizim fikrimiz odur ki, bu 71 xalça artıq Azərbaycana qayıtmasin. Biz ticarət mərkəzləri, interyer dizaynerləri, memarlar ilə görüşlər təyin etmişik. Yaxın 3 gün ərzində çoxlu görüşlərimiz olacaq. Ümidvarıq ki, memarlar və dizaynerlər interyerlərdə məhz Azərbaycan xalçalarından istifadə edəcəklər və bizim xalçalar Rusiyanın müxtəlif şəhərlərində öz yerlərini tapacaqlar".
Telegramda Marja.az səhifəsinə abunə olun
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
30 d. əvvəl
Neft qiymətilə bağlı bədbin proqnoz - 40 dollaradək düşə bilər
-
-
39 d. əvvəl
Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi təyin edilib
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan məktəblilər üçün maliyyə savadlılığı təlimi təşkil etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Sahibkar Vüsal Qurbanov "ilişdi" - “AUXs” adlı kondisionerlərin satışında cinayət tərkibi
-
3 saat əvvəl
Haqsız rəqabətə yol verilib - 6 təsərrüfat subyekti barəsində qərar qəbul edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Neft qiymətilə bağlı bədbin proqnoz - 40 dollaradək düşə bilər
Biznesiniz üçün QISA NÖMRƏ alın
Noyabrın 19-da gözlənilən hava şəraiti
“Finex Kredit” yeni imtiyazlı səhmlər buraxmaq istəyir
5 bankda 9 aylıq xalis mənfəət 40 milyon manatdan çoxdur
Çörək şirkəti adını və təşkilati-hüquqi formasını dəyişib
iPhone 17 Çində satış rekordu qırdı
Azərbaycan neftinin son qiyməti
Naxçıvanda 8635 daşınmaz əmlak qeydiyyata alınıb
























.jpg)
