Avropanın ən böyük iqtisadiyyatında seçici seçimini etdi
Almaniyada seçicilər Federal Məclis üzvlərini təyin etmək üçün səs veriblər. İlkin nəticələr mühafizəkarlarla sosial demokratların öndə olduğunu göstərir.
Marja xəbər verir ki, Xristian Birlik Partiyaları (CDU/CSU) və Sosial Demokratiya Partiyası (SPD) 25% nisbətində səs alıblar, Yaşıllar/Birlik 90 partiyasının topladığı səs nisbəti 15% səviyyəsindədir.
Azad Demokratlar Partiyası (FDP) və Almaniya üçün Alternativ (AfD) 11%, Sol Partiya isə 5% nisbətində səs yığıb.
Almaniyada 60,4 milyon seçici səs verib.
Məclisin 598 millət vəkilinin təyin olunacağı seçkilərdə xalq ilk səslərini öz bölgələrindəki millət vəkili namizədinə, ikinci səslərini isə seçdikləri partiyaya veriblər.
Almaniyanın seçki sistemində, partiya yığdığı səs nisbətlərinə görə əlavə millət vəkili ilə Məclisdə təmsil oluna bilir.
47 partiyanın yarışdığı seçkiyə qatılan 6 min 211 namizəd arasında, müxtəlif partiyalardan 100-dən çox Türk mənşəli namizəd də var.
Ölkəni 16 ildir idarə edən hazırkı Baş nazir Angela Merkel yenidən namizəd olmayıb və seçkidə iştirak etməyib. Almaniyanın yeni Baş naziri olmaq üçün, Xristian Birlik (CDU/CSU) partiyalarının namizədi 60 yaşındakı Xristian Demokrat Birlik Partiyasının (CDU) sədri Armin Laschet, Sosial Demokratiya Partiyasından (SPD) 63 yaşındakı Maliyyə Naziri Olaf Scholz və Yaşıllardan 40 yaşında Annalena Baerbock yarışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 14 d. əvvəl
-
-
17 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
39 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















