Azərbaycanın 3 filiz yatağının işlənməsi Türkiyə şirkətlərinə verildi
Sentyabrın 30-da Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismara verilməsi ilə bağlı Türkiyənin “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətləri ilə müqavilələrin imzalanma mərasimi keçirilib.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısının “Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncamının icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, bu gün imzalanan müqavilələr Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq təməllərinin möhkəmliyini, eləcə də daim inkişaf etməkdə olan əməkdaşlıq əlaqələrimizi səciyyələndirir. İşğaldan azad edilmiş ərazilərin inkişafı üzrə həyata keçirilən layihələrdə lazımi dəstəyin göstərilməsi ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə, iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə, habelə sonrakı dövrlərdə nəzərdə tutulmuş planların reallaşdırılmasına töhfə verəcək.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev işğaldan azad edilmiş torpaqlarımızın zəngin təbii resurslara malik olduğunu, buradakı yataqların istismara verilməsinin dağ-mədən sənayesinin inkişafında, yeni emal sahələrinin yaradılmasında əhəmiyyətini vurğulayıb, bu sahədə böyük potensialı qeyd edərək yeni yataqların tədqiqi işlərinin aparıldığını bildirib.
Türkiyənin “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətlərinin səhmdarı Mehmet Cengiz imzalanan müqavilələrin ikitərəfli iqtisadi əməkdaşlığa, işğaldan azad edilmiş Azərbaycan ərazilərində müəssisələrin açılmasına, iş yerlərinin yaradılmasına daha bir töhfə olduğunu qeyd edib.
Tədbir çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi quruculuq işləri, faydalı qazıntı yataqlarının geoloji öyrənilməsi və istismarına dair təqdimatlar keçirilib.
Sonda Azərbaycan Respublikasının İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə Türkiyənin “Artvin Maden İşletmeleri A.Ş.” şirkəti arasında Azərbaycan Respublikasında “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının geoloji öyrənilməsi və Azərbaycan Respublikasının İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə Türkiyənin “ETİ BAKIR A.Ş.” şirkəti arasında Azərbaycan Respublikasında “Qaşqaçay” filiz yatağının geoloji öyrənilməsi və faydalı qazıntıların çıxarılmasına dair müqavilələr imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətlərinin səhmdarı Mehmet Cengiz imzalayıblar.
XXX
Azərbaycanın “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqları-nın geoloji öyrənilməsi və istismarı məqsədilə Türkiyənin bu sahədə aparıcı şirkətləri olan “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” ilə müqavilələr imzalanıb.
Marja xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"səhifəsində yazıb.
"İnanırıq ki, atılan bu mühüm addım işğaldan azad edilmiş ərazilərimizdə hasilat sənayesinin işə salınması, yüksək potensialı olan yataqların tədqiqi və dövriyyəyə cəlb edilməsində əhəmiyyətli rol oynamaqla, regionun iqtisadi reinteqrasiyasını sürətləndirəcək",- iqtisadiyyat naziri qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 49 d. əvvəl
-
-
1 saat əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
2 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
2 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
3 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 25-də gözlənilən hava şəraiti
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır





















