Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Bank Standard"ın kredit portfelinin 95%-i üzrə ciddi gecikmə var

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bank Standard"ın kredit portfelinin 95%-i üzrə ciddi gecikmə var
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin kredit portfelinin həcmi 2017-ci il mayın 1-nə 741 mln. manat təşkil edib.

 

Bu barədə Bankda yaradılmış Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında qurumun sədri Əkrəm Həsənov bildirib.

 

Onun sözlərinə görə, bu kreditlərin cəmi 5%-i işlək, 95%-i isə ciddi gecikməsi olan kreditlərdir: “Qeyri-işlək kreditlərin 58%-i tam təminatsızdır. Qalan kreditlər isə təminatlı olsa da, “KPMG” audit şirkətinin qiymətləndirməsinə görə, onların təminatı zəifdir. Fond ötən ilin oktyabr ayından indiyə qədər verilmiş kreditlər üzrə 40,4 mln. manat vəsait toplayıb”.

 

Ə.Həsənov onu da qeyd edib ki, indiyə qədər “Bank Standard”ın 45 235 kreditorunun tələbləri qeydə alınıb: “Bunun 43 272-si fiziki şəxslərdir, onların bankdan alacaqları 156 mln. manatdır. Həmçinin, 1 963 kreditorun tələbi qeydə alınıb ki, onlara da “Bank Standard”dan 1,043 mln. manat verilməlidir. Bir məsələ də var ki, kreditorların reyestrini hələ də məhkəmə təsdiq etməyib. Bununla bağlı Məhkəmə-Hüquq Şurasına müraciət etməliyik, çünki Fond (ADIF) vaxtında məhkəməyə müraciət edib, amma hansısa hakim bu işi ləngidir. O hakim barədə də tədbir görülməlidir”.

 

Komitə sədri həmçinin təklif edib ki, “Bank Standard”ın kredit portfelinin tərkibi barədə də kreditorlara məlumat verilsin: “Kreditorlar bilməlidir ki, bu batmış kreditlər kimlərə və necə verilib, kimlər buna görə məsuliyyət daşıyır”.

 

İclas davam edir. 

 

© Report

24.05.2017 13:58
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18