Telman İsmayılov 3 il polisdən necə gizlənib?
Moskvada “Çerkizovski” bazarının keçmiş sahibi, azərbaycanlı milyarder Telman İsmayılovun Podqoritsa Ali Məhkəməsi tərəfindən həbs edilməsi ilə bağlı yeni təfərrüat məlum olub.
Bu barədə “Kommersant” yazıb. Məlumatda qeyd olunur ki, biznesmen Telman İsmayılov təxminən üç il ərzində Monteneqronun paytaxtında kirayə götürdüyü malikanədə yaşayıb. Monteneqronun yerli hakimiyyət orqanları isə T. İsmayılovun ölkədə olduğundan xəbərdar olublar. Lakin Monteneqro milyarderin İnterpol tərəfindən axtarışda olmasına baxmayaraq, buna heç bir şəkildə reaksiya verməyib.
Həmçinin bildirilir ki, T. İsmayılovun yaşadığı malikanə ölkə polisinin və Daxili işlər Nazirliyinin binasının çox yaxınlığında yerləşir:
“Biznesmen mühafizədən istifadə etmirdi, adi həyat tərzi yaşayaraq heç kimdən gizlənmirdi. Yerli rəhbərlik İsmayılovun ölkədə olduğunu bilirdi. Biznesmenin İnterpol tərəfindən axtarışda olmasına baxmayaraq, onunla bağlı suallar yaranmayıb. Bu cür sadiqlik iş adamının Monteneqro rəsmiləri ilə qurduğu şəxsi əlaqələrinə əsaslanır. Misal üçün, məlumdur ki, ölkə Prezidenti Milo Cukanoviç Telman İsmayılovun Türkiyədəki “Mardan Palace” otelində qonaq olub. Bununla əlaqadar olaraq, Monteneqro parlamentində artıq Telman İsmayılov ilə ölkə rəhbərliyi arasında əlaqəni araşdırmaq təklif olunub”.
Telman İsmayılovun vəkili Marina Rusakovanın sözlərinə görə, iş adamı həbs olunmazdan bir neçə ay əvvəl Monteneqro hökumətinə siyası sığınacaq üçün müraciət edib. Vəsatətə baxılması noyabrın 12 -də baş tutmalı idi.
Rusakova bildirib ki, müvəkkilinin məsələsinə müğənni Avram Russonun qaçırılması ilə bağlı açılan cinayət işinin ikinci hökmü və Ali Məhkəmənin iyun ayında başqa bir iş (sahibkarlar Vladimir Savkin və Yuri Brilevin qətlə yetirilməsi) üzrə hökmü yenidən nəzərdən keçirməkdən imtina etməsi təsir edib. Qeyd olunur ki, Telman İsmayılov hər iki cinayət işində sifarişçi olaraq təqsirli bilinir. Cinayət əməllərinin T.İsmayılovun qohumları tərəfindən təşkil olunduğu qeyd olunur.
Qeyd edək ki, Telman İsmayılov bir neçə cinayət işində, o cümlədən iki sahibkarın qətlində ittiham olunur və 2017-ci ildə qiyabi həbs edilib. O, Rusiya hüquq -mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.
Telegramda Marja.az səhifəsinə abunə olun
© Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 13 d. əvvəl
-
-
16 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
38 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















