Avropada əmlak qiymətləri 2010-cu ildən bəri 34% artıb
Avropa Birliyində (AB) daşınmaz əmlak qiymətləri 2010-cu illə 2021-ci ilin ikinci rübü arasında 34% artıb. Marja xəbər verir ki, bu barədə cümə axşamı Avropa Statistika Agentliyi (Eurostat) məlumat yayıb.
2010-cu ildən bəri Estoniya (133%), Lüksemburq (111%) və Macarıstanda (109%) əmlak qiymətləri iki dəfədən çox artıb.
11 il ərzində AB-nin 23 ölkəsində mənzilin qiyməti artıb. Eyni zamanda, Yunanıstanda (-28%), İtaliyada (-13%), Kiprdə (-8%) və İspaniyada (-3%) qiymətlərdə azalma olub.
Bu dövrdə AB-də kirayə haqqı da artıb. Eyni dövrdə Avropa Birliyində kirayə evlərin orta qiyməti 16% artıb. Bu tendensiya 25 AB ölkəsində müşahidə olunub. Ən böyük artım Estoniyada (142%), Litvada (109%) və İrlandiyada (66%) müşahidə edilib. Bu göstəricidə azalma Yunanıstanda (-25%) və Kiprdə (-3%) qeydə alınıb.
AB-də kirayə evlər və ev qiymətləri 2021-ci ilin ikinci rübündə 2020-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,3% və 7,3% artaraq davamlı artmağa davam edib.
Estoniyanın "Pindi Kinnisvara" daşınmaz əmlak agentliyinin İdarə Heyətinin üzvü Peep Sooman bildirib ki, mənzil və kirayə qiymətlərində rekord artım daşınmaz əmlak təklifinin aşağı düşməsi nəticəsində baş verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 15 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























