Zərgərlik məmulatlarına dair dövlət standartları təsdiq edildi
Ölkədə istehsal olunan və satılan zərgərlik məmulatlarına dair keyfiyyət meyarlarının yaradılması məqsədilə beynəlxalq standartların son versiyaları əsasında AZS ISO 9202:2021 “Zərgərlik məmulatları və qiymətli metallar. Qiymətli metalların ərintilərinin əyarları” və AZS ISO 18323:2021 “Zərgərlik məmulatları – Almaz sənayesində istehlakçıların inamı” dövlət standartları təsdiq edilib.
Bu barədə Marja-ya Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, standartlar “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Yeni standartların tətbiqi zərgərlik sənayesində istifadə olunan qiymətli metalların ərintilərinin əyarlarını, almaz, emal olunmuş almaz, sintetik almaz, kompozit almaz və almaz imitasiyalarını təsvir etmək üçün təlimatları müəyyənləşdirməyə xidmət edəcək.
Qeyd edək ki, standart layihələrinin müzakirəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, “AzərGold” QSC-nın, Azərbaycan Zərgərlər Assosiasiyasının və digər aidiyyəti qurumların mütəxəssisləri iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























