AYİB-in Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olundu
Kamola Mahmudova Bankın ölkədəki investisiya və əməliyyatlarına nəzarət edəcəkdirKamola Mahmudova Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı şəhərində yerləşən ölkə nümayəndəliyinin rəhbəri təyin edilib.
Marja bu barədə AYİB-in yaydığı məlumata istinadən xəbər verir.
Bu vəzifə ilə İvana Duarteni əvəzləyən K.Mahmudova Bankın ölkədəki investisiya və əməliyyatlarına nəzarət edən cavabdeh şəxs olacaqdır.
"Mən AYİB-in portfelində "yaşıl" keçid flaqmanı olmaq üçün tam potensiala malik Azərbaycan kimi ölkədə Bankın əməliyyatlarına rəhbərlik etməkdən məmnunluq duyuram. "Yaşıl" keçid hər bir ölkə üçün böyük çağırışdır və biz bu səylərin həyata keçirilməsi istiqamətində Azərbaycana kömək edə bilərik. Məqsədimiz özəl sektora prioritet verilməklə, uzunmüddətli və səmərəli maliyyənin təmin edilməsindən ibarətdir," – deyə xanım Mahmudova bildirib.
Məlumatda qeyd edilib ki, Özbəkistan və Böyük Britaniya vətəndaşı olan K.Mahmudova bundan əvvəl AYİB-in Ticarətin Asanlaşdırılması Proqramı"nda (TAP) rəhbər vəzifələrdə çalışmışdır. Xanım Mahmudova 2009-cu ildən Bankın Yaxın Şərq, Şimali Afrika və Kipr regionlarında genişlənməsinə rəhbərlik edərək qlobal missiyanı yerinə yetirmişdir. O, ticarətin maliyyələşdirilməsinin inkişafı, uyğunluq və müxbir bankçılığın rəqəmsallaşdırılması istiqamətində Beynəlxalq Ticarət Palatası, Dünya Ticarət Təşkilatı və Beynəlxalq Valyuta Fondu ilə siyasətlərin müəyyən olunması üzrə dialoqlarda aparıcı rol oynamışdır.
K.Mahmudova karyerasına "ABN AMRO Bank"-da başlamış, daha sonra "Sumitomo Mitsui Bank Korporasiyası"na keçərək korporativ bankçılıq sahəsində çalışmışdır. Onun dövlət və özəl sektorda geniş bankçılıq və infrastruktur təcrübəsi ilə yanaşı, kompleks strategiya və əsas donorların idarə edilməsi istiqamətində dərin bilikləri də mövcuddur. TAP-ın rəqəmsallaşdırılması ilə bağlı fəaliyyəti sayəsində AYİB çox uğurlu, beynəlxalq səviyyədə akkreditasiya olunmuş Ticarətin Maliyyələşdirilməsi Elektron Təhsil Proqramının işlənib hazırlanması mümkün olmuşdur. 9000-dən çox tələbəyə malik olan bu proqram ticarətin maliyyələşdirilməsi sahəsində dünyada ən böyük təlim proqramıdır.
AYİB Azərbaycanda mühüm institusional investor olmaqla, bu günədək ölkədə 177 layihənin icrasına dəyəri 3,2 mlrd avrodan çox investisiya yatırmışdır. Bankın əsas fəaliyyət istiqaməti ölkənin qeyri-neft sektoru, yerli bankların gücləndirilməsi və "yaşıl" iqtisadiyyatda investisiyaların təşviq edilməsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
6 d. əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
-
- 8 d. əvvəl
-
18 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 26 d. əvvəl
-
48 d. əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 50 d. əvvəl
-
55 d. əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib





















