Dünyanın ən kasıb ölkələrinin borc 12% artaraq 860 milyard dollara çatıb
COVID-19 pandemiyası fonunda aşağı gəlirli ölkələrin borc yükü 2020-ci ildə 12% artaraq 860 milyard dollara çatıb. Bu məlumat Dünya Bankının (DB) bazar ertəsi dərc etdiyi hesabatda yer alıb.
Marja-nın məlumatına görə, sənədin press-relizində bildirilir ki, dünya ölkələri pandemiyaya koronavirusla mübarizəyə və onun yayılmasının iqtisadi nəticələrini aradan qaldırmağa yönəlmiş müxtəlif genişmiqyaslı tədbirlər tətbiq edərək cavab verdilər: "Bu tədbirlər səhiyyədə fövqəladə vəziyyətinin aradan qaldırılması, pandemiyanın yoxsul və həssas təbəqələrə təsirinin yumşaldılması və dövlətlərin bərpa yoluna salınması məqsədləri daşıysa da, aşağı gəlirli ölkələrin borc yükü 12% artıb. 2020-ci ildə rekord olaraq 860 milyard dollara çatıb".
Təqdim olunan məlumatlara görə, bütün aşağı və orta gəlirli ölkələrin xarici borcu keçən il 5,3% artaraq 8,7 trilyon dollar təşkil edib.
Məlumata görə, borc göstəricilərinin pisləşməsi dünyanın bütün bölgələrindəki ölkələrə təsir edərək geniş yayılıb: "Borc probleminin həllinə - borcun azaldılması, daha sürətli restrukturizasiya və şəffaflığın artırılması da daxil olmaqla hərtərəfli yanaşma lazımdır.Borc dayanıqlılığı iqtisadiyyatın bərpası və yoxsulluğun azaldılması üçün həyati əhəmiyyət kəsb edir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















