Alan-alana, satan-satana: 6 TRİLYON DOLLARA AZ QALIB
Texnologiya, maliyyə, sənaye və enerji sektorları liderdir.Birləşmə və satınalma (Mergers and Acquisitions, M&A) sövdələşmələrinin qlobal həcmi bu ilin sonuna 6 trilyon dollara çata bilər.
Marja xəbər verir ki, bu barədə audit və konsaltinq şirkəti KPMG-nin partnyoru və Sinqapur üzrə əməliyyat rəhbəri Stefan Beyts CNBC telekanalına müsahibəsində bildirib.
Bu ilin 9 ayında M&A sövdələşmələrinin həcmi 4,3 trilyon dollar təşkil edib ki, bu da 2020-ci ilin nəticəsindən (3,6 trilyon dollar) 20% çoxdur. Həmçinin, qeyd olunan nəticə 2015-ci ildəki tarixi rekorda - 4,8 trilyon dollara yaxındır.
Bu tipli sövdələşmələrə hazırkı aşağı faiz dərəcələri və pandemiya səbəbindən durğun inkişaf templəri fonunda alternativ gəlir mənbəyi kimi üstünlük verilir.
KPMG-nin sentyabrda keçirdiyi sorğunun nəticəsinə görə, hər 10 şirkətdən 8-nin direktoru növbəti 3 ildə qeyri-ənənəvi vasitələrin əsas artım mənbələri olacağını bildirib. Qeyri ənənəvi vasitələrə birləşmə və satınalma, müştərək müəssisə və strateji ittifaqlar daxildir.
Texnologiya, maliyyə xidmətləri, sənaye və enerji sektorlarındakı şirkətlər səhmlərinə ən çox maraq göstərilən sahələrdir. Regional bölgüdə isə əsas bazar ABŞ-dır. Digər iri bazarlardan Avropada sövdələşmələrin həcmində illik artım 50%, Asiyada 20% təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















