Türkiyə şirkətinin pambıq sortunun Azərbaycanda məhsuldarlığı gözləntiləri aşıb - FOTO, VİDEO
Pambıq yığımlarında MAY-455 sortunun üstünlükləri aşkarlanıb. Bu sortun məhsuldarlığı, iqlim şəraitinə davamlılığı, xəstəliklərə və həşaratlara qarşı müqaviməti çox yüksəkdir.(®️) Saatlı rayonunun Dədə Qorqud kəndi ərazisində pambıq yığımı aparılıb. “P-Agro” MMC şirkəti, 2021-ci ilin aprel-may aylarında 10 hektar əkin sahəsində Türkiyənin məşhur “May tohum” şirkətinin May-455 toxum sortunu əkib.
Məhsul yığımında "P-Agro" MMC, “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC, bu məqsəd ilə Azərbaycana gələn “May Tohum” şirkətinin nümayəndələri, həmçinin May-455 pambıq sortunun məhsuldarlığı ilə maraqlanan yerli fermerlər iştirak ediblər.
Pambıq Azərbaycanın "ağ qızılı" olmaqla yanaşı, ulu öndərimiz Heydər Əliyev və cənab Prezident İlham Əliyevin xüsusi diqqət göstərdiyi aqrar sektorun strateji məhsuludur.
2016-ci ildə cənab Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirilib. Cənab Prezident qeyd edib ki, 2016-ci ildən sonra pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edəcək, geniş vüsət alacaq.
Hazırda kənd təsərrüfatı sektorunda aqrar tələbatların alışı üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyiyin yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən ayrılan subsidiyalar sayəsində fermerlər əkin sahələrini inkişaf etdirmək və daha çox gəlir əldə etmək fürsətini əldə ediblər.
Tədbirdə "May Tohum" şirkətinin nümayəndələriÖmər İgid, Səlçuq SulucvəErsin Gözen iştirak ediblər. Şirkətin nümayəndəsi Ersin Gözen bildirib: "Bu il məhsuldarlığın nəticələrinə əsaslanaraq, qeyd etmək olar ki, bu növ toxumlarda məhsuldarlıq, iqlim şəraitinə davamlılıq, xəstəliklərə və həşaratlara qarşı müqaviməti çox yüksəkdir. May-455 pambığ toxumları digər pambığ sortlarındanyetişmə və suvarma müddəti ilə də fərqlənir. Belə ki, May-455 toxumları 6-8 gün daha tez yetişdiyi üçün 1 dəfə az suvarma edilir. Yarpaq sayı ən yaxın rəqibi ilə müqayisədə daha azdır, bu səbəbdən pestisid çilənməsindən daha yaxşı nəticə əldə edilə bilir və daha az pestisid sərf edilir".
"P-Agro" şirkətinin sahə aqronomu Sahil Ağayev, May-455 toxum sortunun əkin iqlim zonasına mükəmməl uyğun olduğunu və məhsuldarlığın gözləntiləri aşdığı üçün torpağa qoyulan investisiyaların özünü doğrultduğunu qeyd edib. Bununla yanaşı, Sahil Ağayev əlavə edib ki, şirkət gələn il pambıq əkin sahəsini 10 hektardan 150 hektara genişlətmək planlaşdırır.
Qeyd edək ki, “Aqrar İnnovasiya və Təchizat Şirkətinin” gubre.az brendi May-455 toxumlarını Azərbaycana idxal edir və fermerlərin təchizatını daha rahat və sürətli təmin etmək məqsədi ilə reqional satış nöqtələrin sayını artırır və vaxtaşırı səyyar satışları təşkil edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























