“İşçi və ya onun vərəsələrinin müvafiq təzminat alması sığorta ilə mümkündür...”
İcbari Sığorta Bürosu (İSB) və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) işəgötürənlərə və məşğul əhali qrupuna (işçilərə) müraciət edib.
Müraciətdə qeyd olunur ki, peşə fəaliyyəti zamanı işçinin sağlamlığına dəyən zərər nəticəsində əmək qabiliyyətinin daimi itirilməsinə (əlillik) görə zərərçəkənə (işçiyə), ölümü halında isə onun vərəsələrinə sığorta ödənişinin verilməsi qanunvericilik əsasında təmin edilir. Belə ki, hər bir işəgötürən öz işçisini “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” Qanununa əsasən sığortalamaq öhdəliyi daşıyır. İşçinin isə öz növbəsində həmin müqavilənin bağlanması haqqında məlumat əldə etmək hüququ vardır. Bu sığorta təminatı peşə fəaliyyəti zamanı bədbəxt hadisələr və ya peşə xətstəliyi baş verəcəyi təqdirdə işçi və ya onun vərəsələrinin müvafiq təzminat almasına imkan yaradır.
Qanunvericiliyin tələbinə uyğun olaraq işçisini sığortalamayan işəgötürənlər, bədbəxt hadisənin baş verməsi və ya peşə əmək qabiliyyətinin itirilməsi halında işçiyə və ya onun vərəsələrinə təzminat ödəməlidir. Bu tələbə əsasən İşəgötürən maliyyə sabitliyini sığorta mexanizmi vasitəsilə qorumuş olur. İşçilərini bu növ üzrə sığortalamayan sahibkarlıq subyektlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə əsasən cərimə edilməsi mümkündür.
Azərbaycan Respublikasının Mərkəzi Bankının sığorta sektorunun inkişafı və vətəndaşlarımızın baş verəcək maliyyə itkilərinə qarşı sığorta təminatı ilə güvəndə olması istiqamətində həyata keçirdiyi silsilə tədbirlərinin tərkibində sözügedən növ üzrə proseslərin İSB tərəfindən elektronlaşdırılması və sistemin təkmilləşdirilməsi işləri uğurla icra edilir. İşəgötürənlərin www.isb.az internet səhifəsini istifadə etməklə, e-xidmətlər bölməsinə gücləndirilmiş elektron imza vasitəsilə daxil olmaları və elektron qaydada sistem üzərindən asanlıqla sığorta təminatı almaları mümkündür. Bundan başqa sığortalıların sığorta əməliyyatları üzrə tarixçəsini izləmələri üçün şəxsi kabinet, icbari sığorta növləri üzrə sığorta haqqının hesablanması üzrə kalkulyatoru və digər maarifləndirici materiallar istifadəyə verilmişdir.
Qeyd edilən sığorta təminatı üzrə cari ilin yanvar-avqust aylarında baş vermiş hadisələrə görə 2.4 milyon manat sığorta ödənişi həyata keçirilmişdir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon manatdan çoxdur. Cari ildə həyata keçirilmiş bir ölüm halı üzrə müvafiq işçinin vərəsələrinə ödənmiş ən yüksək sığorta ödənişi 250.000 manat təşkil etmişdir. Əlillik halı ilə bağlı həyata keçirilmiş ən yüksək sığorta ödənişi isə 100.000 manat olmuşdur.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə sığorta təminatı İcbari Sığorta Bürosunun üzvü olan, müvafiq lisenziyaya malik 5 sığorta şirkəti tərəfindən verilməkdədir. Bunlar “Atəşgah Həyat” Sığorta Şirkəti ASC, ,“Qala Həyat” Sığorta Şirkəti ASC, “Paşa Həyat Sığorta” ASC, “Xalq Həyat” Sığorta Şirkəti ASC və “Meqa Həyat Sığorta ” ASC –dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
-
9 saat əvvəl
"Artıq 6 aydır ki, sülh şəraitində yaşayırıq. Bu, xüsusi bir hissdir"
-
13 saat əvvəl
Bu gün daha 560 ton taxıl Azərbaycandan keçməklə Ermənistana göndəriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
-
13 saat əvvəl
Anthropic-in yeni süni intellekt plaginləri 300 milyard dollar itki yaratdı
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
-
15 saat əvvəl
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
-
15 saat əvvəl
“SmartCustoms” və “e.customs.gov.az”a daxil olma imkanları barədə yenilik
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Dedollarizasiya prosesinin sona qədər getməsini istəmirik"
Ən çox oxunanlar
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
PayPal-ın İcraçı direktoru dəyişib
Henkel Niderlandın örtük materialları şirkəti Stahl-ı satın alacaq
Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər
"Bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar"
Azərbaycan-Özbəkistan İşgüzar Şurası yaradılacaq
























