SOCAR Mübariz Mənsimovun əmlakına həbs qoydurub - AÇIQLAMA
Beynəlxalq Arbitraj Məhkəmələrindən sonra Azərbaycan və Türkiyə məhkəmələri də SOCAR-ın lehinə qərar çıxarıb.
Beynəlxalq Arbitraj Məhkəmələri tərəfindən müxtəlif kommersiya müqavilələri üzrə götürülmüş öhdəlikləri yerinə yetirmədiyinə görə, “Palmali” şirkətlər qrupu və qrupun rəhbəri Mübariz Mənsimovla əlaqədar SOCAR-ın lehinə çıxarılmış qərarların tanınması və icrası məqsədi ilə SOCAR Azərbaycan, Türkiyə və Malta məhkəmələrinə müraciət edib.
SOCAR-ın yaydığı açıqlamada bildirilir ki, Şirkət, eyni zamanda adı çəkilən ölkələrin məhkəmə və səlahiyyətlı orqanlarına Beynəlxalq Arbitraj Məhkəmələrin qərarlarının icrasını təmin etmək məqsədi ilə “Palmali” şirkətlər qrupu və onun rəhbəri Mübariz Mənsimova məxsus əmlaka həbs qoyulması barədə iddia ərizəsi ilə müraciət edib. Artıq Türkiyə birinci instansiya məhkəməsi SOCAR-ın əmlaka həbs qoyulması barədə iddiasını təmin etmək haqqında qərar çıxarmış, lakin cavabdeh tərəfin vəkilləri bu qərara etiraz etmişlər.
Appelasiya şikayətinə baxan İstanbul Regional Ədalət Məhkəməsi “Palmali” şirkətlər qrupunu təmsil edən vəkillərin iddialarını əsassız hesab etmiş və 7 oktyabr 2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin cavabdehlərin əmlakına həbs qoyulması ilə bağlı qərarını qüvvədə saxlamışdır. Apellyasiya məhkəməsinin qərarı qətidir. Azərbaycanda və Maltada isə cavabdehlərin aktivləri üzərinə həbs qoyulması haqqında SOCAR-ın iddiaları daha əvvəl təmin edilmişdir.
Azərbaycan Respublikasının Ali Məhkəməsi 8 sentyabr 2021-ci il tarixli qərarı ilə artıq beynəlxalq arbitraj məhkəmələrinin qərarını tanıyıb. Türkiyə və Malta məhkəmələrində hazırda arbitraj məhkəmələrinin qərarlarının tanınması məsələsəinə baxılır.
MƏNSİMOV SOCAR-A 240 MİLYON DOLLARDAN ARTIQ ÖDƏMƏLİDİR
Məlumatda xatırladılıb ki, “Palmali” şirkətlər qrupu müxtəlif kommersiya müqavilələri üzrə götürdüyü öhdəlikləri pozduğuna görə SOCAR, SOCAR Trading SA, SOCAR Overseas Ltd. və Azerbaijan (ACG) Limited şirkətləri tərəfindən 2018-ci ildə həmin şirkətlər qrupu və onun rəhbəri Mübariz Mənsimovla bağlı üç müstəqil arbitraj məhkəməsinə - London Beynəlxalq Arbitraj Məhkəməsi, London Dəniz Arbitrləri Birliyi və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCİTRAL) arbitraj qaydalarına uyğun fəaliyyət göstərən məhkəməyə - müraciət olunmuşdur. Nəticədə, 2020-2021-ci illərdə hər üç müstəqil arbitraj məhkəməsində SOCAR-ın xeyrinə qərarlar verilmişdir. Arbitraj məhkəmələrində “Palmali” şirkətlər qrupunun və qrupun rəhbəri Mübariz Mənsimovun SOCAR-a 240 milyon ABŞ dollarından artıq pul təzminatı ödəməsinə qərarlar çıxarılmış, eyni zamanda cavabdeh tərəfin əks iddiaları rədd edilmişdir. Göstərilən məbləğin “Palmali” tərəfindən tam ödənilməsinə qədər həmin məbləğə faizlər hesablanması da davam etdiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
12 d. əvvəl
Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR
-
-
24 d. əvvəl
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir
- 27 d. əvvəl
-
28 d. əvvəl
Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb
- 32 d. əvvəl
-
42 d. əvvəl
“PAŞA Bank” zəfəri Azərbaycana yaşadanları YAŞATmağa çağırır!
- 56 d. əvvəl
-
58 d. əvvəl
Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Bazarlar “istefa şok"unu yaşayır

Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək

İdxal artsa da, Gömrük Komitəsi plana tam əməl edə bilmir

Oktyabrın 7-də gözlənilən hava şəraiti

Renault 3 min nəfəri ixtisar etməyi planlaşdırır

Dövlət büdcəsində 4,5 milyard manatlıq artıqlıq yaranıb

Macarıstanın Baş naziri Azərbaycana gəlir

İstifadə müddəti bitmiş kartlar sənət əsərlərinə çevriləcək - “Card to Art” layihəsi davam edir

108 mindən çox yeni nəsil kassa aparatı quraşdırılıb, 20 milyarddan çox dövriyyə qeydə alınıb

Bitcoin-in qiyməti 17 illik tarixində ilk dəfə 125 min dolları keçib
