Ən yuxarı (mobil)-2_30

Payızda dünyada faiz artımı "fırtınası"

1 Sentyabr-22 Oktyabr arasında 19 ölkə faiz artırıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Payızda dünyada faiz artımı "fırtınası"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyada inflyasiya və inflyasiya proqnozları yüksələrkən, bir çox mərkəzi bank da faiz artırıb ya da faiz artıracağının siqnallarını verməyə başlayıb.

Marja xəbər verir ki, pandemiya səbəbiylə 2020-ci ildə dünyada ümumi meyl mərkəzi bankların faiz endirimləri və pul emissiyası yolu ilə iqtisadiyyatları və maliyyə bazarlarını dəstəklənməsi istiqamətində idi.

2021-ci ildə isə həm iqtisadiyyatların bərpası, həm də inflyasiyanın artması, tərs bir meylin ortaya çıxmasına səbəb olub.

HANSI ÖLKƏ FAİZ ARTIRIB?

Sentyabr ayından başlayaraq bir çox ölkə faiz artırıb. Braziliya, Rusiya, Pakistan, Azərbaycan, Ermənistan, Moldova, Çili, Paraqvay, Peru, Rumıniya, Yamayka, Uruqvay, Kolombiya, Macarıstan, Çexiya, Yeni Zelandiya, Polşa, İslandiya və Noveç, 1 Sentyabr-19 Oktyabr dövründə mərkəzi banklarının pul siyasəti faizinin artırılmasına imza atan ölkələrdir.

SON İKİ AYDA FAİZ ENDİRİMİ EDƏN İKİ ÖLKƏ VAR

2021-ci ildə dünyada faiz endiriminə gedən 5 ölkə var. Bu ölkələr; Türkiyə Konqo, Uqanda, Danimarka, Qana və İndoneziyadır.

Ancaq bu ölkələrdən yalnız Türkiyə və Danimarka payız dövründə faiz endiriminə gedib.

Kongo 17 İyunda, Uqanda 16 İyunda, Qana 31 Mayda, İndoneziya 18 Fevralda faiz endirib.

İnflyasiyanın 1,8% olduğu Danimarkada isə mərkəzi bank, 30 Sentyabrda pul siyasəti faizini -0,5%-dən -0,6%-ə endirib.

ABŞ VƏ AVROPADA İNFLYASİYA NARAHATLIQLARI ARTIR

Dolların qlobal valyuta statusu və dünyanın bir nömrəli iqtisadiyyatı olması səbəbiylə hər kəsin yaxından izlədiyi ölkə olan ABŞ hələ faiz artırmayıb, ancaq yüksələn inflyasiya ABŞ Mərkəzi Bankının (Fed) qiymətli kağzı alışlarını azaltmaq üçün hazırlıqlara başlamasına və faiz artırmağa başlayacağı tarixi 2022-ci ilə çəkməsinə səbəb olub.

Avro Bölgəsində də Avropa Mərkəzi Bankı (ECB) hələ faiz artımına getməsə də yüksələn inflyasiya sual işarələrini artırır.

faiz
22.10.2021 09:17
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18