Pivə nəhəngi mənfəətini 872 milyon dollara qədər artırıb
Asiya-Sakit okean regionunun ən böyük pivə istehsalçısı olan “Budweiser APAC”-ın bu ilin ilk doqquz ayında mənfəətini 872 milyon dollara yüksəldib.
Marja xəbər verir ki, bu barədə şirkətin cümə axşamı Honq-Konq birjasında dərc olunmuş hesabatında bildirilir.
Sənəddə deyilir: "Budweiser APAC-ın səhmdarlarına aid olan mənfəət 2020-ci ilin doqquz ayında 542 milyon dollardan 2021-ci ilin doqquz ayında 872 milyon dollara qədər artıb".
Yanvar-sentyabr aylarında şirkət istehsalını 8,2% artırıb. Bununla birlikdə, üçüncü rübdə "Çin və Cənubi Koreyada artan COVİD məhdudiyyətləri səbəbindən" tədarüklərdə azalma olub. Doqquz ayda gəlir 14,3% artaraq 5 milyard 359 milyon dollara, EBITDA 26,8% artaraq 1 milyard 778 milyon dollara çatıb.
"Budweiser APAC", dünyanın ən böyük pivə istehsalçısı olan beynəlxalq nəhəng "Anheuser-Busch InBev"in törəmə şirkətidir. Stella Artois, Corona, Hoegaarden kimi məşhur çeşidlər də daxil olmaqla 50-dən çox markada pivə istehsal edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)








