Dövlət istiqrazları üzrə hərrac keçiriləcək - 6% GƏLİR
2 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10 milyon manatlıq Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Dövlət istiqrazının növü | Faizli, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu | AZ0108034882 |
Emissiya həcmi | 10 000 000 manat |
Nominal dəyəri | 100 manat |
İstiqrazların tədavül müddəti | 1820 gün |
Faiz ödənişləri (olduqda) | 3 may 2022-ci il, 1 noyabr 2022-ci il, 2 may 2023-cü il, 31 oktyabr 2023-cü il, 30 aprel 2024-cü il, 29 oktyabr 2024-cü il 29 aprel 2025-ci il, 28 oktyabr 2025-ci il 28 aprel 2026-cı il, 27 oktyabr 2026-cı il |
Faiz gəliri | 6.0% |
Ödəmə tarixi | 27.10.2026 |
Anderrayter | “PAŞA Kapital İŞ” QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 d. əvvəl
-
24 d. əvvəl
“AzInTelecom”un təcrübəsi Filip Kotlerin “Müasir marketinqin əsasları” kitabında yer alacaq
-
- 55 d. əvvəl
-
2 saat əvvəl
AFB Bank ilk dəfə kredit götürənlərə özəl “Xoş Gəldin” kampaniyası
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yay mövsümündə azad olunmuş ərazilərə 500 mindən çox turist səfər edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Unibank: müştərilərimizin təhlükəsizliyi əsas prioritetimizdir
-
3 saat əvvəl
Dünyanın ən böyük bankından qızılın qiymətilə bağlı yeni proqnoz
Son Xəbərlər
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
“AzInTelecom”un təcrübəsi Filip Kotlerin “Müasir marketinqin əsasları” kitabında yer alacaq
Putin Əliyevə zəng etdi
AFB Bank ilk dəfə kredit götürənlərə özəl “Xoş Gəldin” kampaniyası
"Az-Tex-Import" şirkəti 10 milyon manatlıq sifariş alıb
Oktyabrın 25-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Unibank: müştərilərimizin təhlükəsizliyi əsas prioritetimizdir
Dünyanın ən böyük bankından qızılın qiymətilə bağlı yeni proqnoz
Azərbaycanda 5 bankın öhdəlikləri 2 milyard manatdan çoxdur
Cənubi Qafqazda yeganə qarğıdalı emalı müəssisəsində böyük zərər - KAPİTALINDAN 64 MİLYON SİLİNDİ
Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!






















