Putinin əmrindən sonra Avropada qazın qiyməti düşür
Rusiya Prezidenti Vladimir Putin “Qazprom”a Avstriya və Almaniyadakı anbarları doldurmağı tapşırdıqdan sonra, Avropada qaz fyuçerslərinin birja kotirovkaları kəskin şəkildə aşağı düşüb.
Marja xəbər verir ki, Çərşənbə axşamı günü keçirilən hərracda noyabrda tədarük edilən qaz müqavilələri həftəyə 1050 dollardan yuxarı səviyyədə başlasa da, sonra ayın ən aşağı səviyyəsinə - min kubmetr üçün 915 dollara düşüb.
Bakı vaxtı ilə saat 13.58-də ICE birjasında növbəti ayın fyuçersləri 8,2% düşərək bir meqavat/saat üçün 79,7 avroya (min kubmetr üçün 954 dollar) satılıb.
Dekabr ayı üçün qaz 957 dollar, yanvar və fevral üçün isə 950-955 dollar aralığındadır.
Bazar aprel ayından qiymətlərin min kubmetr üçün 535 dollara, sonra isə iyunda 506 dollara enəcəyini gözləyir.
Qış mövsümünü anbarlarda rekord aşağı ehtiyatlarla qarşılayan Avropa İttifaqına qaz tədarükünü artırmaq əmrini Putin, çərşənbə günü Yamaldakı qaz yataqlarının işlənməsi ilə bağlı iclasda verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















