“Apple”ın rüblük gəliri 29% artaraq 83,4 milyard dollara çatıb
Şirkət 2021-ci maliyyə ilində 365,8 milyard dollar cəmi gəlir, 94,6 milyard dollar xalis mənfəət əldə edib. Şirkət maliyyə ilində iPhone-ların satışında 191,9 milyard dollar gəlir götürüb.ABŞ-ın “Apple” şirkətinin 2021-ci ilin iyul-sentyabr dövründə (şirkətin maliyyə ili üzrə son rüb) gəliri ötən ilin eyni dövrü müqayisədə 29% artıb.
Marja xəbər verir ki, bu barədə şirkətin cümə axşamı öz saytında dərc edilmiş məlumatlardan məlum olur.
Sentyabrın 25-də başa çatan üç aylıq hesabat dövründə "Apple" 83,4 milyard dollar gəlir əldə edib. 2020-ci maliyyə ilinin eyni dövründə bu rəqəm 64,7 milyard dollara yaxın olmuşdu.
Şirkətin son rübdə xalis mənfəəti keçən maliyyə ilinin eyni dövründəki 12,6 milyard dollarla müqayisədə 20,5 milyard dollar olub.
Sentyabrın 25-də də başa çatan maliyyə ili üçün Apple-ın gəliri keçən maliyyə ilindəki 274,5 milyard dollardan 365,8 milyard dollara yüksəlib. Maliyyə ili üçün xalis mənfəət 94,6 milyard dollar təşkil edib, bir il əvvəl bu göstərici 57,4 milyard dollar olmuşdu.
Şirkətin əsas məhsulu iPhone olaraq qalır, bu smartfonların dünya üzrə satışından əldə olunan gəlir son rübdə 38,8 milyard dollar, maliyyə ilində 191,9 milyard dollar təşkil edib.
1976-cı ildə qurulan "Apple" şirkəti iPhone, iPad, iMac, MacBooks, iPod və digər yüksək texnologiyalı məhsullar istehsal edir. Korporasiya dünyanın ən böyük şirkətlərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















